Təqvim
Gülağa Tənha Dəhlizin astanasında
24 oktyabr 2020 - 10:55

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Qara gözlüm” və “Yağış şəkil çəkir” şeirlərini, Vətən, ruh haqqında müsahibəsini və müharibənin 28 – ci gününə etdiyimiz qeydləri təqdim edirik!

 


QARA GÖZLÜM

 

Əl uzat könlümün şah budağından
Dəli həsrətimi üz, qara gözlüm.
Elə bil çiçəkdi…Hər səhər çağı
Qara tellərinə düz, qara gözlüm.
Çətindi dodaqla dil ayrılığı,
Ömür kitabından sil ayrılığı…
Məni yaman yorub il ayrılığı,
Yığılmır yollardan göz, qara gözlüm.
Dağ edə bilmirəm qəhəri, qəmi,
Hələ ki, titrəyir qəlbimin simi.
Qayıdıb Abbasın Gülgəzi kimi,
Həsrətin əlini kəs, qara gözlüm.
Bakı, iyul, 2008

 



YAĞIŞ ŞƏKİL ÇƏKİR



Oyanıb əsnəyir, yatır yenidən,
Çiçək üşüdükcə üzü şehlənir,
Elə asta-asta tərpənir çəmən,
Elə bil körpəli beşik yellənir.

Bilirlər, ot yolub çiçək qırmaram,
Çəməni isidər çatdığım ocaq.
Burda çox çiçəyin yadında varam,
Məni görən kimi xatırlayacaq.

Bir çeşmə daşının yanır sinəsi,
Aymı çimir alır, Günəşmi yatıb?
Baxır, dillənəmmir şehli bənövşə,
Nərgiz gülümsünür qaşını çatıb…

Zirvələr bozardı, sular içildi,
Quşlar nəğmə ötər, mahnılar daşar.
Yad yolçu yolunu burdan salmasın,
Belə gözəllikdən yolunu çaşar…

Hər ağac budağı – bir ayrı naxış,
Hər arı çiçəyi bir cürə çəkir.
Bu da bir qismətdi…
Yağan ağ yağış
Torpağa məhəbbət şəkili çəkir…

Gülağa Tənha 

 

 

 

Rəqibə arxa çevirmək olmaz! 28 - ci gün.

 

          Xatırlayırsınızsa bəlkə də iki il bundan əvvəl xeyriyyəçi-şair Gülağa Tənhanın Vətən və ruh haqqında dedikləri fikirləri sizə təqdim etmişdik. Bu gün həmin o müsahibəni xatırlatmaq, xüsusən də gənc nəsilin izləməsi tam yerinə düşür. Yeri gəlmişkən deyim, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

 

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərini işğaldan tam azad edildiyini açıqlayıb.

 


“Dağlıq Qarabağa gələn Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarətinin qurulmasının qarşısını almaq üçün erməni qoşunları və könüllüləri tərəfindən aparılan hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürəcək”.

 

Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında bildirib.

 

Onun sözlərinə görə, Laçının itirilməsi rəsmi İrəvanın məğlubiyyətində həlledici olacaq: “Hazırda Ermənistan müdafiə nazirliyinin yüksək vəzifəli şəxslərinin İrəvandan Dağlıq Qarabağa səfərləri radioəlaqə olmadan, mobil telefonlar və rabitə söndürülmüş şəkildə həyata keçirilir. Bu, Azərbaycan tərəfinin radioelektron kəşfiyyat vasitəsilə onların Qarabağdakı yerini aşkarlamasına imkan verməməsi üçün edilir”.

 

 


Bilirsizniz bu nəyə bənzəyir? Futbol oyununda uduzan komandanın qapıcısı son dəqiqələrdə qapısını tərk edib, qol vurmaq ümüdi ilə rəqib qapısına gəlməsinə. Nə qədər güclü olsaq da, yenə də, bizim əsgərlərimiz üçün elə də asand olmayacaq bu döyüş, çünki Vətən müharibəsinin kuliminasiya nöqtələrindən biridir. Düşmən bütün var gücü ilə müdafiə olunacaq, bizim aslan və qartallarımız isə hücüm edəcəklər, inşallah. Allahdan Azərbaycan ordusunda olan döyüşçülərimizə salamatlıq və tükənməz qüc arzu edirik! Hər addım, ağılnan, hər hücum düşünülmüş şəkildə... Rəqibi heç bir halda zəif bilmək olmaz və ən əsas, düşməni zərərsizləşdirsən belə, ona arxa çevirmə, daim nəzarət...

 



Videolink: https://www.youtube.com/watch?v=lDjnYJqd0ZE&t=36s

 

 

 

Hazırladı: Ağa M. A

 

 

 


#İlham #Əliyev #Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə