Təqvim
Gülağa Tənha Gəlmişəm...
15 oktyabr 2020 - 23:58

Müharibənin 19 - cı günü şərhi ilə bərabər  xeyriyyəçi – şair Gülağa Tənhanın vətənpərvər şeirini təqdim edirik.

 

GƏLMİŞƏM

 


Nə müddətdi həsrət məni üzürdü,
Qapısını bağlamağa gəlmişəm.
Qayaları dizlərimi qanatsın,
Uşaq kimi ağlamağa gəlmişəm.
Heç bilmirəm ot basıbmı izimi,
Gur bulaqlar oxuyurmu sözümü?
Ocaq daşı saxlayırmı közümü,
Vəfasını yoxlamağa gəlmişəm.
İllər necə kəsmişdilər aranı,
Yormuşdular intizarı yoranı.
Ömür üzən, can aparan hicranı
Dağım-dağım dağlamağa gəlmişəm.
Könül açan güllərinə qarışıb,
Aylarına, illərinə qarışıb,
Coşub-daşan sellərinə qarışıb,
Kükrəməyə, çağlamağa gəlmişəm.
Ləngimişəm, üz döndərmə, amandı,
Ürəyimə daman ayrı gümandı.
Güldürən də, ağladan da zamandı,
Fürsətini haqlamağa gəlmişəm.
İnsaf elə, beş-üç kəlmə danış, din,
Məcnun birdi yer üzündə, Leyli – min.
Beşiyi ol mənim dəli sevgimin,
Bir əmanət saxlamağa gəlmişəm.
Mart, 2002

 

 

 

 

15.10.2020

Müharibənin 19 – cı günü!

 

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır"!

 

Bu sözləri Prezident İlham Əliyev özünün “Tvitter” hesabında qeyd edib. Bəli, bu gün hamının gözü adı çəkilən sosial şəbəkədədir. Hər kəs gün böyu şad xəbərlər gözləyir. Gecə isə cəbhədə döyüşən döyüşçülər üçün dua edir xalqımız. Nə qədər hər kəs öz işi ilə məşğul olsa da dillərdən dua əskik olmur. Eləbil hamı düşüncə olaraq cəbhə bölgəsindədir...  

 

Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb.

 

Bu o deməkdir ki, müqəddəs torpaqlarda haram işlər görülürmüş. Hələ 90 – ci illərin müharibəsində ağlımda belə bir fikir keçmişdi: O torpaqlar, o insanlardan alınır ki, sakinləri məkanın dəyərini bilmirlər. Bilmirəm niyə amma ilkin olaraq ağlıma bu fikir gəlmişdi, sonra o torpaqları mənfur düşmən ürəyimizin genişliyini görüb, zəbt etmək niyyətinə düşüb düşündüm. Bütün həqiqətləri isə və ən doğrusunu Allah bilir. 30 il Qarabağsız yaşamaq, məcburi köçkünlərin sınağı olduğu kimi düşmənlərimizin də sınağıydı. Onlar nə etdilər bu torpaqla? Bizdə Xan Şüşinskilər, Bülbüllər, Natavanlar yetişirdisə bu zaman axarında onlar nə yetişdirdilər? Cavab, yuxarıda ikinci bənddə qeyd olunub. Mənə elə gəlir ki, bu illər ərzində vaxtilə orada yaşayan sakinlərdən tutmuş digər insanlar da, yəni biz, o torpaqların nə dərəcədə müqəddəs olduqlarını dərk etdik. Bəlkədə məcburi köçkün adı daşıyan sakinlərin çoxu hal hazırda əldə etdiyi şəraitə görə Bakını və digər şəhərləri qoyub əvvəlki yurdlarına qayıtmaq istəməyə bilərlər. Cənab Prezident aprel döyüşlərində azad edilən Cocuk Mərcanlı kəndini misal çəkməsindən belə başa düşülür ki, işğaldan azad edilmiş bütün torpaqlarmızda yenidən qurma işləri aparılıb, tam olaraq bərpa ediləcəkdir. Bu təcrübə bizdə artıq var və yetərincə təcrübəli memarlarımız, şirkətlərimiz var ki, yeni yeni layihələrin öhdəliklərindən gəlsinlər. Bir sözlə Azərbaycanı hələ çox paralaq, işgüzar, xeyirli günlər gözləyir. Dövlətimizi, Vətənimizi analiz edəndə görürük: bütün sahələr inkişaf edir və dünyada özünə məxsus yer qazanır, Dünyada tam rahatlıqla sözünü demək üçün həmçini xalq olaraq başı dik olmaq üçün bir problem vardısa o da Qarabağ problemi idi. O da bu gün inşallah qarış-qarış həll olunmaqdadır. Əlbəttə ki, bunların hamısını biz qan tökülmədən olmasını istəyirdik. Cənab Prezident bunu demək olar hər gün, hər müsahibəsində, çıxışında qeyd edir. Ermənistan isə hələ də ziyanın yarısından qayıtmaq istəmir, əksinə dinc əhaliyə ağır artilleriyadan atəş açır. Bu gün Tərtər şəhər qəbirstanlığında dəfn mərasimi keçirilərkən, düşmən, qəsdən ağır artilleriyadan oranı intensiv atəşə tutub. Nəticədə üç nəfər həlak, beş nəfər isə yaralanıb.  Xeyli sayda dağıntılar var.

 

Mətbuatda yayılan günün əsas məlumatlarından biri  Dövlət Təhlükəsizlik Xidmətimizin əhaliyə diqqətli olmağa səsləməsidir. Təxminən belə deyilir:

 

 Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur.

 

 Allah Azərbaycanı qorusun!

 

Hə bir də bunu da qeyd edək ki, 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam edib. Səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonları artilleriya atəşinə məruz qalıb...

Bugünün  əsas tələblərindən biri də odur ki, elə bir “rıçaq” tapaq ki, düşmən, daha heç bir halda əhaliyə atəş aça bilməsin. Geditaş da bunu göstərir ki, az qalıb, nəinki əhaliyə, ümumiyyətlə Azərbaycan tərəfə daha heç vaxt atəş açabilməyəcək!

 

 

 

 

Hazırladı: Ağa Mühəmməd Aman

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir  

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Düşmənin 2 polkovniki məhv edildi 14:37, 28 oktyabr 2020
11 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur -FOTO14:30, 28 oktyabr 2020
584 nəfər koronavirusa yoluxdu 13:05, 28 oktyabr 2020
İran Ermənistanla sərhəddə daha bir hərbi texnikanı 19:40, 20 oktyabr 2020
584 nəfər koronavirusa yoluxdu 13:17, 20 oktyabr 2020
Gülağa Tənha Dünya dəyişəcək16:37, 19 oktyabr 2020
Harvard Kennedy Məktəbinin azərbaycanlı məzunları ABŞ səfirliyinə müraciət ediblər 15:22, 19 oktyabr 2020
Zərdabda 3 kəndin 4 mindən artıq əhalisinin istifadə etdiyi yol yenidən qurulub FOTO=8 15:16, 19 oktyabr 2020
“Azərişıq” ASC-nin Şamaxı rayonunun Çuxuryurd kəndində həyata keçirdiyi yenidənqurma işləri - FOTO 15:12, 19 oktyabr 2020
- PROQNOZ İşğalçı ölkə çökəcək 15:09, 19 oktyabr 2020
Qənirə Paşayeva: "Biz təhdid qarşısında birləşməliyik”. 15:06, 19 oktyabr 2020
Bu günün (19 oktyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ 15:05, 19 oktyabr 2020
Rauf Məmmədov turnirə uğurla başlayıb İNTİQAM Məmmədov (AzpressAZ) 15:00, 19 oktyabr 2020
Sosial şəbəkə istifadəçilərini yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq 14:57, 19 oktyabr 2020
Gülağa Tənha Tanımasa gül əkərik bağrına...18:06, 18 oktyabr 2020
Düşmənin hərbi hissəsi ələ keçirilib 14:52, 18 oktyabr 2020
Füzulidə 1992-ci ildə əsir düşən hərbçimiz tapılıb? 14:50, 18 oktyabr 2020
Prezidentin köməkçisi Hikmət Hacıyevin “Al Jazeera” televiziya kanalına müsahibəsi 14:47, 18 oktyabr 2020
Azərbaycan bayrağı Xudafərində dalğalanır. 14:45, 18 oktyabr 2020
Ermənistan Xızıya RAKET ATDI 14:43, 18 oktyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə