Təqvim
Gülağa Tənha Qonşu da gərək qonşu ola
10 oktyabr 2020 - 15:44

Xeyriyyəçi-şair Gülağa Tənhanın qürbətdə olarkən Vətənə həsr etdiyi şeiri təqdim edirik!

  

 

GÖNDƏR AZƏRBAYCANI

 

Dostum zəng elədi, soruşdu məndən:
– Söylə nə göndərim sənə Vətəndən?
Dedim ki, cənnətə dönsə bu məkan,
Kiminə ocaqdı, mənə qürbətdi.
Vətəndən uzaqda məni yaşadan
Yurda məhəbbətdi.
İstərəm elimin Günəşini mən,
İsitsin hər zaman mərd ürəyimi.
İstərəm dağların saf havasını,
Yuyum, təmizləyim hər diləyimi.
Göndər obamızın şah palıdını,
Göylərə baş çəkən xan çinarını,
Bu qürbət diyarda dayağım olsun.
Göndər aşıqların telli sazını,
Evimə xoş səsi, sədası dolsun...
Saydıqca qurtarmaz istəyim, kamım,
Ana Vətənimin bənzəri hanı?
Ey dosdum, göndərə bilirsən əgər,
Göndər bu diyara Azərbaycanı!


Gülağa Tənha (Qənbərov) Moskva, 28.12.1989

 

 

 

 

IV hissə

 

Müharibənin 14 – ci günü. Dünən gecə saat 03:30  dan hələ xeyli sonra mətbuatda belə yazdılar:

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

 

Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib.

 

Görüş 10 saat davam etsə də sosial şəbəkədə xeyli sayda insanlar, maraqla, müzakirənin nəticələrini gözləyirdi.  Rusiya media işçilərinin çoxu qapının arxasında gözləməkdən bezib çıxıb getmişdilər. Danışıqlar  əsas  humanitar atəşkəsin olması, həlak olanlarının cəsədlərinin və ya əsir düşənlərin dəyişdirilməsi məsələsi üzrə aparılırdı. Yəni bu bizə məlum olan tərəfdir, Beynəlxalq Qırmızı Xaç Kömitəsi gördüyü işinin gedişatında bəlli olacaq ki, atəşkəs neçə gün davam edəcəkdir. Azərbaycan tərəf, yəni biz, dayanmağın əlehinəyik, çünki bu prosesdə Ermənistan güc toplaya bilər və yenə də atəşkəsi pozaraq döyüşçülərimizi sadə dillə desək, hiddətləndirə bilər. Ən ağıllı variant isə, bütün Ermənistanın bu müharibəyə stop deyərək, Qarabağdan çıxıbı getməyini, bəyan etməsi olardı. Axı uduzmağı da bacarmaq özü bir hünər tələb edir,  o da çox təəssüf  ki, bizim düşmənlərimizdə yoxdur.  Cənab Prezident İlham Əliyevin dediyi şərtlərdə, ermənilər torpaqlarımızdan tərk etmə tarixini qərar verdiklərində, əminik, inkişam etmiş və etməkdə olan dünya ölkələri, ayağa durub onları alqışlayacaq. Əsas məsələ odur ki, erməni əhalisi də buna sevinəcək. Bir məsələ qalır o da, hakimyyətdə olanların bir biri ilə razılığa gəlməsi. Gəlməsələr belə,  gedişat onu göstərir ki, Ermənistanın iqtisadiyyat tərəfdən çöküşü digər gərginliklərinin artmasına təkan verəcəkdir. Odur ki, qonşu ölkə olaraq, qonşuya “Ziyanın yarısından qayıtmaq da xeyirdir!” – atalar məsəlini xatırladırıq. Ama gərək adamın qonşusu da bir qonşu ola, söz deyəndə başa düşə...

 

p.s: Qırmızı Xaç Kəmitəsinin rahat iş görməsi üçün təyin olunmuş atəşkəsi erməni xisləti özünə məxsus şəkildə pozmaqda davam edir...

 

 

Hazırladı: Ağa Mühəmməd Aman

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə