Təqvim
Ermənistanın işğalçılıq siyasəti bir daha Niderland ictimaiyyətinin nəzərinə çatdırılıb
16 sentyabr 2020 - 11:41

Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (CDA) Partiyasının və Elektron Sərhədlər Fondunun (EFF) Haaqadakı beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Veykhuys, Astrid Frey, Hege Knaven, Daniel Franken ilə videogörüşü keçirilib.

Anton Veykhuysun giriş sözü ilə açdığı tədbirdə Niderlandda Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli çıxış edib. Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsində Rusiya amili, Avropa dövlətlərində ermənilərin "Asala" terror təşkilatının adının yazıldığı geyimlərdə sərbəst dolaşması, Avropa mediasında Dağlıq Qarabağ bölgəsi barədə birtərəfli və qərəzli məqalələrin dərc edildiyi kimi məsələlərə diqqəti cəlb edən Elxan Mirhəşimli deyib ki, müstəqil Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və qanunlara uyğun olaraq işğala son qoyulmasını tələb edir.



Ermənistan silahlı qüvvələrinin 12 iyul təxribatını xatırladan natiq qeyd edib ki, Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddinə xaincəsinə edilmiş hücum ölkəmizdən Avropaya tranzit daşınmaları yerinə yetirən qaz, neft, dəmir yolu xətlərini ələ keçirmək niyyəti güdürdü. "Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbçiləri, 1 nəfər mülki vətəndaşı şəhid oldu. Ermənistan sülhsevər deyil, təcavüzkar və işğalçı siyasət yürüdür. Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasını, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini tələb edirik. Biz istəyirik ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar yerinə yetirilsin", - deyə soydaşımız vurğulayıb.



O, Avropanın bir sıra ölkələrinin hələ də Ermənistanın işğalçı siyasətinə göz yummasını, bu faşist mahiyyətli təcavüzkar dövləti himayə etməsini yolverilməz hal adlandırıb.



Asrtid Freyin "Sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı?" sualını həmvətənimiz belə cavablandırıb: "Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirlərsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Niderlandda ermənilər toplum halında yaşayırsa, bu o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır".



Sonda Qarabağ həqiqətlərinin olduğu kimi Niderland ictimaiyyətinə catdırılması məqsədilə yerli siyasi, ictimai və media nümayəndələrinin Azərbaycan icmasının fikrini öyrənməsinin vacibliyi vurğulanıb: "Niderland siyasətçilərinin və media nümayəndələrinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimiz öyrənilməli, gerçəkliyi çatdırmaq üçün bizə də şərait yaradılmalıdır", - deyə E.Mirhəşimli bildirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Rəqqasə Məryam (giriş hissə)17:32, 19 sentyabr 2020
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı Aynur Səfiyeva hazırda Hospitalda COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur 13:22, 19 sentyabr 2020
“Milli mədəniyyətimizin Üzeyir zirvəsi” adlı musiqili-bədii layihəyə start verilib - VİDEO 13:20, 19 sentyabr 2020
Elektron qolbaqlar necə işləyir? - Nazirlik rəsmisi açıqladı 13:18, 19 sentyabr 2020
Ermənistana Gəncə mesajı: -“Başınıza od yağdıracağıq!” 13:16, 19 sentyabr 2020
Azərbaycanda bu silahları əldə etmək olar -QAYDALAR (VİDEOREPORTAJ) 13:14, 19 sentyabr 2020
Şantaj edildiyinə görə intihar edildiyi deyilən müəllimlə bağlı yeni xəbər 13:11, 19 sentyabr 2020
Gülağa Tənha "Dərdin nazını çəkmə" kitab təqdimatı. İlk dəfə15:50, 18 sentyabr 2020
Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə güzəştli kreditlərin verilməsinə dair əməkdaşlığa başlayıb 13:46, 18 sentyabr 2020
Çinli virusoloqdan şok açıqlama: "Virusu biz hazırladıq" (VİDEO) 13:43, 18 sentyabr 2020
Paxlavanın altında xarici valyutanı gizlədərək keçirmək istədi 13:42, 18 sentyabr 2020
Müdafiə naziri: Əsgərdən generaladək hər bir hərbi qulluqçumuz torpaqlarımızın azad edilməsinə hazırdır 13:40, 18 sentyabr 2020
Dəmir çatışmazlığı olanların nəzərinə... 13:38, 18 sentyabr 2020
Bank BTB pul köçürmə imkanlarını genişləndirərək UPT sisteminə qoşuldu 13:36, 18 sentyabr 2020
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb 16:35, 17 sentyabr 2020
Xalqın rəğbətini qazanan lider 16:33, 17 sentyabr 2020
"Musiqi sənətini ucuzlaşdırmışıq" - Bayağı ifalara üsyan etdilər 16:32, 17 sentyabr 2020
Xaçatur Abovyan: “Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir…” 16:31, 17 sentyabr 2020
Azərbaycan Milli Xalça Muzeyi növbəti dəfə “Tripadvisor Travellers’ Choise” sertifikatına layiq görülüb 16:29, 17 sentyabr 2020
İstanbulda Bakının qurtuluş günü təntənə ilə qeyd edilib 16:28, 17 sentyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə