Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimində çıxış üçün xüsusi yer verilən Xalq artisti Niyaməddin Musayev, müəllifin sözlərinə yazdığı növbəti mahnını ifa edir. Xeyriyyəçi – şair Gülağa Tənhanın xeyriyyə tədbirlərinə nəzər saldıqda bir çox tədbirlərdə Niyaməddin müəllimin də orada iştirak ediyinin şahidi oluruq... İndi isə sizə adı çəkilən kitabın təqdimatı zamanı Niyaməddin Musayevin çıxışının III hissəsini təqdim edirik. . Gülağa Tənha yaradıcılığı: On cildlik kitabın III cildindən seçmələr... NƏDİR? Dünyanı başına alanda səsin, Eni nə boydadı uzun yorğanın? Sürünən ox tapsa atar uçana, Gülağa, ömründən keçdi fəsillər, Ərkivan, mart, 2003 Bu dövrana, bu zamana nə olub, Bir yaşamaq həvəsidi ömür-gün, El alqışı taleyimin Günəşi, Ərkivan, mart, 2003 MƏNİM DÜNYAMIZDAN ACIĞIM GƏLİR… Ruhunu canından didərgin salıb Göyün gözlərinə çəkilən sürmə 10.05.2007 Kimi kimdən xəbər alır, Kim çıxıbdı güzarına, Nə müddətdi dözüb əsir, Moskva, 10.05.2007 DAĞLAR Yenə şər qarışır… Mat-mat boylanırdım bu yerə, göyə, Gözümə sürtürəm yenə bu dərdi, Avqust, 2007 YEL ƏSİR... Nərgizi öpüb gedir, Haradı yeri-yurdu, Dağların sinəsindən Yol azan yolçu kimi #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub
Çoxları soruşur: «Bu fəğan nədir?».
Enməyə iki-üç pilləkən bəsdi,
Qalxmayan nə bilsin nərdivan nədir?
Sonu haradadı dərin yarğanın?
Dünya, göz yandırır acı soğanın,
Yavanlıq budursa, bəs yavan nədir?
Kürmək bağlayana, kürmək açana,
«Namərd!» bağırırsa qovan qaçana,
Qaçan namərddirsə, bəs qovan nədir?
Cürbəcür yurd-yuva seçdi nəsillər,
Tənhası olmasa, dünya nə bilər,
Tənhanın sevdiyi Ərkivan nədir?..
MÖHTAC
Göz – işığın,
işıq gözün möhtacı.
İlməsinə düyün düşməz şeirimin,
Söz – qələmin, qələm sözün möhtacı.
Həvəs – sonsuz,
istək – sonsuz,
arzu – min.
Qanadları üyüşməz ki, arzumun,
Öz yurdunda yanar közün möhtacı.
Söndürəmməz əsən yellər atəşi.
Kaş ki, oğul ola bilə hər kişi,
Hər böyük yol kiçik izin möhtacı.
Dərdini borcunun üstünə sərən
Ürəyi daşları görürəm deyə,
Ruha can verəni görürəm deyə,
Ruhdan can umanı görürəm deyə.
Könlündə ovunmaz qubar görünən,
Əlində çiçək yox, qabar görünən
Neçə gülüzlünü görürəm deyə,
Gömgöy göy üzündən intizar dərən
Çatılan qaşları görürəm deyə,
Elin töhmətitək gözlərdən üzə
Ələnən yaşları görürəm deyə
Mənim dünyamızdan acığım gəlir …
Haraydı, bir yerə yığıla bilmir.
Titrəyən istəkdi, uçunan həvəs,
Kövrələn ümiddi, təngiyən nəfəs,
Qaralmış buluddu, aylardan bəri
Titrəyir,
uçunur,
dağıla bilmir;
Mənim dünyamızdan acığım gəlir…
KÜLƏK
Dərddaşını gəzən külək?
Yol yeriyir, yolda qalır,
Dağda-daşda əsən külək?
Görən giley-güzarı nə?
Sığınıb dərd-azarına
Gəzinməkdən bezən külək.
Ümidimi üzüb əsir…
Nəyi nəyə yozub əsir,
Gülağadan küsən külək?!
Cavabsız qoyub
Gör neçə sorğunu-sualı dağlar.
Baxıram…
Dillənmir…
Dinirəm…
Susur…
Səndənmi öyrənib bu halı dağlar?
Qıymırdım göy üzü qəddini əyə…
Bü gündən dünənə baxırdım deyə
Necə dağıtdınız xəyalı, dağlar!
Baxıram, ağ dərdin təzədi, tərdi.
Bircə təsəllim var:
Babam deyərdi:
Seçəndi haramdan halalı dağlar…
Diz üstə çöküb gedir…
Ləçəyinin şehini
Telinə büküb gedir;
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…
Görən, harda gecələr?
Ağaclardan yapışar,
Budaqlarda dincələr.
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…
Daş qoparır, daş salır.
Bəlkə elə qisasdı,
Yazın heyfini alır?–
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…
Titrəyir o, əsir o.
Saralmış yarpaqların
Ömürünü kəsir o;
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…
Yoxsa o da mənimtək
Ömrünü soraqlayır?!
Üşüyən gözəlinin
Telini daraqlayır?
Bu yel nə vaxt başlayıb,
Əsir, əsir, dayanmır…
Bakı, 25.05.2009
Bütün hüquqlar qorunur © 2024