Hər bir yazar illərcə öz baş yazısına doğru gedir, yazdığı irili-xırdalı hər nə varsa onu o uzaq məqsədə yaxınlaşdırır. Nəhayət, onu yaza bilirsə, demək, özünü xoşbəxt sana bilər.
Mən də ilk sətirlərimi yazdığım gündən üzübəri - düz 30 il “Qızıl cib saatı” romanıma doğru bir yol tutub gəlmişəm, indi o, nəşrə hazır vəziyyətdədir, inşallah, bu payız sevimli oxucularıma təqdim olunar.
Bugünkü “Ədəbiyyat qəzeti”ndə xalq yazıçımız Kamal Abdullanın ön sözü ilə romandan parçalar dərc edilib. Parçaları oxumaq müqəddiməsi həmişə romanın özünü oxumaq gözləntisini daha səbirsiz edir.
Bütün hüquqlar qorunur © 2025