Təqvim
Deputat Emin Hacıyevin - Qəbul imtahanlarında Sumqayıt məktəbliləri yenə irəlidə
13 sentyabr 2020 - 17:15

Çində ortaya çıxan və bütün dünyada milyonlarla insanın yoluxmasına səbəb olan COVİD-19 bütün sahələr kimi təhsil sistemini də təsiri altına saldı və bu sahəyə yeni qaydalar gətirdi. Xüsusilə şagirdlərin alışmadığı uzaqdan təhsil həyatımızın bir parçasına çevrildi. Mütəxəssislərə görə, planlaşdırılmayan distant təhsilin psixoloji təsirləri az deyil. Yaşanan dəyişikliyin təhsilin gələcəyinə necə təsir edəcəyini alimlər, ekspertlər geniş müzakirə edirlər.


Təhsilimiz üçün bu qədər gözlənilməz bir şəraitdə Sumqayıt şəhərindən bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərin göstərdiyi nəticələr olduqca sevindiricidir. Rəsmi məlumata görə, bu il qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələri yenə də Sumqayıt məktəbliləri göstəriblər.


Millət vəkili seçildiyim şəhərdə elmə, təhsilə belə böyük marağın olmasından, pandemiyanın uşaqların oxumaq həvəsini azaltmamasından qürur duydum. Onları ən çətin vəziyyətdə qalib olmağı bacaran qəhrəmanlar hesab edirəm.


Bildirilir ki, bu il qəbul imtahanlarında 2385 abituriyent iştirak edib. Onlardan 118 abituriyent 600-dən yuxarı bal toplayıb.


Məktəblər üzrə təsnifatla bağlı verilən məlumat isə belədir: Təbiət elmləri təmayüllü gimnaziyadan 26, Texniki və təbiət elmləri liseyindən 15 abituriyent, İstedad liseyindən 8, 12 nömrəli tam orta məktəbdən 9, 31 nömrəli tam orta məktəbdən 7, Təfəkkür liseyindən 6, 35 nömrəli tam orta məktəbdən 6, 4 nömrəli tam orta məktəbdən 5 abituriyent 600-dən yuxarı bal toplayıb.


Təbiət elmləri təmayüllü gimnaziyada abituriyentlərin 44,8 faizi, Texniki və təbiət elmləri liseyində 26,3 faizi, İstedad liseyində 22,8 faizi, 40 nömrəli tam orta məktəbdə 22,2 faizi, Təfəkkür liseyində 17 faizi, 12 nömrəli tam orta məktəbdə 12,5 faizi, 31 nömrəli tam orta məktəbdə 10 faizi 600-dən yuxarı bal toplayıb.
Sumqayıt təhsil sisteminin uğuru burada istənilən şəraitdə yeni nəslə və təhsilə münasibətdə ciddi məsuliyyət hissinin olduğunun ən bariz nümunəsidir.


Yaxın günlərdə yüksək bal toplayaraq tələbə adını qazanan sumqayıtlı gənclərlə görüşüb onları təbrik etməyi və təhsillərində uğurlar arzulamağı planlaşdırıram.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə