Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasiminin bundan əvvəlki yayımında xalq artisti Niyaməddin Musayev çıxış edərək Gülağa Tənha yaradıcılığı haqqında dedikləri fikirlərin I hissəsini təqdim etdik. Videoçarxın davamını izlədikdə məlum olur ki, adı çəkilən insanların tanışlığı çoxdandır və onların dostluq münasibətlərinin yaranmasına səbəb elə yaradıcılıq olub: bir vaxt, bəstəkar Cabbar Musayev, Niyaməddin müəllimə Gülağa Tənhanın şeirlər kitabını verir. Şairi şeirləri ilə tanış olduqdan sonra onların dostluğu başlayır və beləliklə, Niyaməddin müəllim Gülağa Tənhanın bir neçə şeirinə mahnı bəstələyib, ifa edir. Onlardan biri məhz bu gün təqdim etdiyimiz “Ana deyimmi?” şeirinə yazılmış mahnıdır. Gülağa Tənha yaradıcılığına yaxından bələd olan insanlara və diqqətli izləyicilərimizə bu nəğmə yaxşı tanışdır... Həmin çıxşı video link bölməsində izləyə bilərsiniz. ANA DEYİMMİ? Bir ana övlada layla çalmaya, GÜLAĞA TƏNHA,. Avqust, 1974 #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub
Mən belə anaya ana deyimmi?
Ana ki, körpəsin quca almaya,
De, belə anaya ana deyimmi?
Anacan, sorğuma cavab ver bir an,
Bəlkə mən övladın deyiləm sənin?
Bəs nədir günahım, qəlbi daş insan,
Yoxsa daşürəklik olub qismətin?
Yetimtək əllərdə böyümüşəm mən,
Ana təbəssümü mənə yad olmuş.
Özgələr döyəndə göynəmişəm mən,
Həmişə qismətim dad, fəryad olmuş.
Ağlama, anacan, sakit ol bir an,
Ürəyin dəniztək ləpə vurmasın.
Gülağa söyləyir bunu hər zaman,
Ana övladına tələ qurmasın.
Bütün hüquqlar qorunur © 2025