Təqvim
“Təcavüzkar ölkənin bütün təxribatlarına layiqli cavab veriləcək”
10 sentyabr 2020 - 11:20

İşğalçı Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək əvəzinə təxribatçı addımlarını daha da intensivləşdirib. Mənfur düşmənin iyulun 12-də Tovuz istiqamətində dövlət sərhədini pozmağa cəhd etməsi, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri, onun arvadı Anna Akopyanın qadınlara döyüşə hazırlıq çağırışları, könüllü hərbi dəstələrin yaradılması, Livan ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsi münaqişə ətrafında gərginliyi artırmağa xidmət edir. Təsadüfi deyil ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Paşinyanın bu addımlarını Ermənistanın hərbi əməliyyatların bərpası üçün yeni təxribatlara əl atacağı ilə əlaqələndirib.


Bu gün Ermənistan hər vəchlə danışıqlar prosesini pozmağa çalışaraq yenilənmiş “Madrid prinsipləri”ndən faktiki olaraq imtina edir. İşğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın son açıqlamaları bir daha göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Tovuz hadisələrindən sonra Ermənistanın genişmiqyaslı silahlanması da təcavüzkar ölkənin yeni məkrli planlarından xəbər verir. Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri və əsasən hərbi obyektlərdə olaraq, oradakı vəziyyətlə maraqlanması növbəti dəfə Ermənistanın işğalçı ölkə olduğunu və ilhaqçı siyasət yürütdüyünü nümayiş etdirdi. Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın müharibə çağırışları edərək, Gəncəni vurmaq kimi sərsəm bəyanatlar səsləndirməsi isə yeni Qarabağ savaşını tətikləmək məqsədi daşıyır. Ermənistan rəhbərliyi müharibəyə təhrikedici açıqlamalar verməklə daxili auditoriyanın diqqətini pandemiya səbəbindən daha da ağırlaşan sosial-iqtisadi vəziyyətdən yayındırmağa çalışır.
Hazırda narahatlıq doğuran məsələlərdən biri də Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşdırılmasıdır. Suriya ermənilərindən sonra bu dəfə Livan erməniləri Dağlıq Qarabağa köçürülməkdədir. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Lakin beynəlxalq təşkilatlar, xüsusən  münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu bu cinayətlərə göz yumur, susqunluq nümayiş etdirir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə uyğun olaraq qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmaq haqqında nəinki düşünmür, üstəlik təxribatlara əl atır, danışıqlar prosesini tam olaraq iflasa aparır. Təcavüzkar ölkə anlamalıdır ki, onun bütün təxribatlarına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı qısa bir zamanda işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Aprel döyüşləri və Tovuz hadisələrində mənfur düşmənə gücünü göstərən Ordumuz bizə böyük Qələbə sevincini yaşatmağa qadirdir!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı PAYLAŞIM 16:13, 27 sentyabr 2020
Milli Məclis hərbi vəziyyətlə bağlı qərar qəbul etdi (YENİLƏNDİ) 16:10, 27 sentyabr 2020
...şəhərləri və qəsəbələri tərk etməyə, Ermənistan ərazisinə keçməyə çağırıram -Nikol Paşinyanın ermənilərə çaxırışı 16:05, 27 sentyabr 2020
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir 16:03, 26 sentyabr 2020
Ermənilər Paşinyan üçün tabut hazırladılar -FOTO 16:01, 26 sentyabr 2020
Bahar Muradova: "Hər kəsə aydındır ki, Tovuz təxribatının məqsədi..." 15:57, 26 sentyabr 2020
“Dağlıq Qarabağ regionuna səyahət etməyin,” səfirliyin... Üzeyir Cəfərov araşdırır 15:54, 26 sentyabr 2020
Nə baş verir? Əkbər Qoşalı yazır 15:52, 26 sentyabr 2020
Müharibə üçün 25 ilin fürsəti - Xalq “VUR!” əmri gözləyir 15:47, 26 sentyabr 2020
46 yaşında Bakı Ali Neft Məktəbini seçdi 16:22, 25 sentyabr 2020
Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb 16:20, 25 sentyabr 2020
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib 16:19, 25 sentyabr 2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcək. 16:17, 25 sentyabr 2020
Bakıda zəngin ailədə qətl - İNANILMAZ FAKTLAR/FOTOLAR 16:15, 25 sentyabr 2020
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların iştirakı ilə tədbir keçirilib 16:13, 25 sentyabr 2020
Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Əməkdar artist Əbülfət Oğuz15:12, 25 sentyabr 2020
Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Nahid Hacızadə14:33, 24 sentyabr 2020
Tütün və tibbi məmulatlar aşkar edilib 10:18, 24 sentyabr 2020
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır 10:16, 24 sentyabr 2020
Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama 10:14, 24 sentyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə