Təqvim
Gülağa Tənha " Mən Allah adamıyam " ifa: Əməkdar artist Səbuhi İbayev
10 sentyabr 2020 - 01:39

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” şeirlərindən ibarət kitabının təqdimat mərasimindən olan video görüntüləri nümayiş etdirməyi davam edirik. Çıxış edir: Əməkdar artist Səbuhi İbayev. Bu dəfə videoçarxla bərabər şairin On cildlik kitabının II cildində yer alan bir neçə şeirlərini də poeziya sevənlərin ixtiyarına veririk. Nəzərinizə çatdırırıq ki, kitab təqdimatından səslənən mahnı sözlərinin müəllifi Gülağa Tənhadır.

 

 


VAR DEYƏNİN

Sədaqəti əsən yeldi,
«Sədaqətim var» – deyənin.
Arxa-dayağı özüdü,
«Cəsarətim var» – deyənin.
Cığırı-izi yox olar,
Gülü, nərgizi çoxalar,
Söhbəti, sözü çox olar
«Şücaətim var» – deyənin.
Qoşulan boz küləklərə,
Uyar küyə, kələklərə.
Meyli qaçar mələklərə
«Məhəbbətim var» – deyənin.
Tənha çəkdi bu möhnəti,
Yaşa, götürmə minnəti.
Heç vaxt olmaz heysiyyəti
«Heysiyyətim var» – deyənin.
Bakı, iyun, 1993


***

TÖVBƏ DEYƏK

Vətən oğlu, yaxşı düşün,
Ömrün axirət gününü.
Tövbə elə, suç eləmə,
Öz əlinlə puç eləmə
Tanrımız verən ömrünü.
Yaş üstünə yaş gətirən,
Ayın-ilin qədrini bil.
Səni ərsəyə yetirən
Doğma elin qədrini bil.
Vətən oğlu, əməllərin
Yük olmasın sabahlara!
Saleh əməl yiyəsitək
Tövbə deyək ömür yoran,
Can aparan günahlara!
Dekabr, 2002

 

***


YORULUR

Yoxsa tale qarğışıdı,
Boylanmaqdan göz yorulur.
Baxışların tünlüyündən
Yol bezikir, iz yorulur.
Daha nə danış, nə də din,
İstəyinə yetəmmədin.
Urvatdan düşübdü, nədi,
Yalvarmaqdan söz yorulur.
Haradı insafın yönü,
Yoxsa çınqıllıqdı sonu?
Açılmır yolların donu,
Güc tükənir, diz yorulur.
Düz yaşa, çıxar xatası,
Əyri yol – cəllad baltası.
Sevgi dözümdü, qadası,
Sevməyənlər tez yorulur.
13 aprel, 2001


***



GÜLAĞA,
DÜNYAYA UYMA HEÇ ZAMAN

Xəzinə gizlənər ilan altında,
Doğru var inləyər yalan altında.
Ulaq var belində dümüşdən yəhər,
Kəhər var can verər palan altında.
Gözəl var, doğmaca ərini satar,
Özgə xəyalıyla uyuyar, yatar.
Atıb aynasını,
qırıb bəxtini,
Qəm-qüssə içində təklənər, batar.
Kiminin pis gündən olmayıb payı,
Kiminin qışından seçilməz yayı.
Gülağa, dünyaya uyma heç zaman,
Fələk oxun atıb,
gizlədər yayı.
25 may, 1990

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #el #Vətən

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı PAYLAŞIM 16:13, 27 sentyabr 2020
Milli Məclis hərbi vəziyyətlə bağlı qərar qəbul etdi (YENİLƏNDİ) 16:10, 27 sentyabr 2020
...şəhərləri və qəsəbələri tərk etməyə, Ermənistan ərazisinə keçməyə çağırıram -Nikol Paşinyanın ermənilərə çaxırışı 16:05, 27 sentyabr 2020
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir 16:03, 26 sentyabr 2020
Ermənilər Paşinyan üçün tabut hazırladılar -FOTO 16:01, 26 sentyabr 2020
Bahar Muradova: "Hər kəsə aydındır ki, Tovuz təxribatının məqsədi..." 15:57, 26 sentyabr 2020
“Dağlıq Qarabağ regionuna səyahət etməyin,” səfirliyin... Üzeyir Cəfərov araşdırır 15:54, 26 sentyabr 2020
Nə baş verir? Əkbər Qoşalı yazır 15:52, 26 sentyabr 2020
Müharibə üçün 25 ilin fürsəti - Xalq “VUR!” əmri gözləyir 15:47, 26 sentyabr 2020
46 yaşında Bakı Ali Neft Məktəbini seçdi 16:22, 25 sentyabr 2020
Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb 16:20, 25 sentyabr 2020
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib 16:19, 25 sentyabr 2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu” adlı onlayn konfrans keçiriləcək. 16:17, 25 sentyabr 2020
Bakıda zəngin ailədə qətl - İNANILMAZ FAKTLAR/FOTOLAR 16:15, 25 sentyabr 2020
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların iştirakı ilə tədbir keçirilib 16:13, 25 sentyabr 2020
Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Əməkdar artist Əbülfət Oğuz15:12, 25 sentyabr 2020
Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Nahid Hacızadə14:33, 24 sentyabr 2020
Tütün və tibbi məmulatlar aşkar edilib 10:18, 24 sentyabr 2020
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır 10:16, 24 sentyabr 2020
Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama 10:14, 24 sentyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə