Təqvim
Güney Azərbaycanda doğulan Nobel Sülh Mükafatı laureatı qadın KİMDİR?
06 oktyabr 2023 - 16:56

Güney Azərbaycanda doğulan Nobel Sülh Mükafatı laureatı qadın KİMDİR?

Bu il Nobel Sülh Mükafatı əslən Güney Azərbaycanın Zəncan bölgəsindən olan hüquq müdafiəçisi və insan haqları fəalı Nərgiz Mühəmmədiyə verilib.

Nərgiz Mühəmmədi 1972-ci ildə anadan olub. Məşhur hüquq müdafiəçisi Şirin İbadinin rəhbərlik etdiyi İnsan Haqları Müdafiəçiləri Mərkəzinin (DHRC) vitse-prezidentidir. İlk dəfə 1998-ci ildə həbsə düşən Məhəmmədi sonradan dəfələrlə həbs həyatı yaşamalı olub.  2016-cı ilin may ayında Mühəmmədi Tehranda “ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı” yaratdığına və ona rəhbərlik etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib.

Nobel Mükafatını da həbsdə olarkən alıb. Mükafat ona "İranda qadınlara zülmə qarşı mübarizəsinə və hamı üçün insan hüquqlarını və azadlığını təşviq etmək üçün apardığı mübarizəyə görə" verilib. Fizika sahəsi üzrə ali təhsil alıb və peşəkar mühəndis olub. O, tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazıb və yaradılan “Maarifçi Tələbə Qrupu”nun iclasında həbs edilib.

O, həmçinin dağadırmanma idman növündə fəal olub. Məhəmmədi bir neçə islahatçı qəzetdə jurnalist kimi işləyib. “İslahatlar, Strategiya və Taktika” adlı siyasi esselər kitabını nəşr edib. 1999-cu ildə o, islahat tərəfdarı olan jurnalist Tağı Rəhmani ilə ailə həyatı qurub. Əkiz uşaqları dünyaya gəlib. Çox keçmədən Rəhmani həbs olunub və 14 il həbs cəzası çəkdikdən sonra 2012-ci ildə Fransaya köçüb. 

Nərgiz Məhəmmədi insan hüquqları sahəsində fəaliyyətini davam etdirib. Onun həyat yoldaşı onun Nobel Mükafatı almasını yüksək qiymətləndirib və deyib: "Bu Nobel Mükafatı Nərgizin insan haqları uğrunda mübarizəsini gücləndirəcək. Lakin daha önəmlisi, bu, əslində "qadınlar, həyat və azadlıq" hərəkatı üçün bir mükafatdır".

“New York Times” nəşri hüquq müdafiəçisinin həbsdən göndərdiyi öz bəyanatını da dərc edib. Məhəmmədi demokratiya uğrunda mübarizəsini heç vaxt dayandırmayacağını bildirib. O qeyd edib ki, aldığı mükafat onu daha möhkəm və qətiyyətli edəcək.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, Həyat tərzi
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə