Təqvim
Bu gün, jurnalst-publisist Akif Ağayevin 53 yaşı tamam olur. 
03 sentyabr 2023 - 23:35

Bu gün, jurnalst-publisist Akif Ağayevin 53 yaşı tamam olur. 

İstedadlı yazar kimi daim öyrənməyə, ensiklopedik yaddaşını zənginləşdirməyə, jurnalistikanın incəliklərinə varmağa, janrların rəngarəngliyini artırmağa çalışır. O, bu istedadını hələ məktəb illərində, gəncliyində göstərə bilmişdir. Ötən əsrin 80-ci illərində “Çağırış” (“Yeni həyat”) qəzetində yazıları vaxtaşırı olaraq dərc edilib. Onun yazdığı  şeir, qəzəllər, bədii ricətlər, lətifələr daim qəzet səhifələrində və almanaxlarda çap olunub. Hazırda da bu mətbu orqanda çalışır. “Yeni həyat” ictimai-siyasi qəzetinin və eyni adlı saytın əməkdaşı, “Azpress.az” saytının xüsusi müxbiridir.  
Akif Ağayev yazılı və elektron mətbuatda Masallı rayonunun ictimai-siyasi, iqtisadi həyatında fəallıq göstərməklə yanaşı cənub regionunu təmsil və təbliğ edən operativ jurnalistlərdəndir. 
AJB-nin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev yorulmadan çalışan yazar, KİV-də tanınan fəal müxbirlərdəndir.  O, Azərbaycan Jurnalistlər Birliyinin H.B.Zərdabi Diplomuna, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının “2017-ci ilin idman yazarı” media mükafatına layiq görülüb. Jurnalistlik  fəaliyyəti dövründə aldığı Fəxri fərmanlar, “Təşəkkürnamələr” onlarcadır. 
Mətbuatda publisistik yazıları ilə çıxış edən A.Ağayevin potensialı böyükdür. O, da təcrübəli həmkarları kimi jurnalistika ənənəsinə sadiqliyini əməli fəaliyyəti, kəsərli yazıları, qazandığı oxucu rəğbəti və digər müsbət xüsusiyyətlərilə sübut etməyə çalışır. İctimai-siyasi, ədəbi və digər mövzulu yazıları ilə yanaşı regionun idman tarixini, bölgədə, xüsusilə Masallıda keçirilən kütləvi idman yarışlarını qəzet və saytlarda işıqlandıran istedadlı jurnalistdir. 
Vətənpərvərlik mövzusundakı məqalələri də daha çox diqqət cəlb edir. Şəhid analarının, əmək və müharibə veteranlarının görüşünə gedir, qəhrəmanlar tarixini gənc nəslə çatdırmağa çalışır. Xüsusilə yurd yerlərimizin tarixini, elm, mədəniyyət və əmək adamlarının keçdiyi möhtəşəm yolu, onların fəaliyyətini öyrənmək üçün axtarışlar edir.
Daim yaradıcılıq axtarışında olan Akif Ağayev qələmini dünya şöhrətli pəhləvanın həyatını, ömür yolunu işıqlandırmaqda sınayıb. O, idman tariximizdə şərəfli iz buraxmış, Masallı yunan-Roma güləş məktəbinin yaradıcısı, SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim, mərhum pəhləvan Nadir Ağayevin mənalı həyat və fəaliyyətindən bəhs edən “Pəhləvanın salnaməsi“ adlı kitabının və eyni adlı sənədli filmin müəllifidir. Akif böyük zəhmətə qatlaşaraq, monumental bir əsər yaradıb. Gözəl tərtibata malik yarım əsrin yaddaqalan hər saatını, gününü fotoobyektin yaddaşında ehtiva edən şəkillərlə, xatirə və şeirlərlə, eləcə də güləş haqqında və digər xronoloji məlumatlarla zəngin kitab və film geniş oxucu və tamaşaçı kütləsinin marağını tam təmin edir.  
Akif Vaqifoğlunu ad günü münasibətilə təbrik edir, qələmin iti olsin deyirik, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Həyat tərzi
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə