Dünya bildiyini edəcək hələ, Avqust, 2012
Haqqın tərəzisi qurulmayınca,
Qolları arxadan çatılmayınca,
Boynu bilək kimi burulmayınca.
Hələ qırışlarda tər cücərəcək,
Ağrı cücərəcək, çər cücərəcək,
Böhtan cücərəcək, şər cücərəcək,
Hər kəs öz içində durulmayınca.
Bütün hüquqlar qorunur © 2023