Təqvim
Gülağa Tənha "Mən Allah adamıyam" ifa: Sahib İbrahimov
31 avqust 2020 - 17:30

Xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasiminin növbəti çıxışçısı müğənni-xanəndə Sahib İbrahimovdur. O, şairin “Tənhalıq” adlı şeirinə  Alim Əliyev tərəfindən bəstələnmiş mahnını ifa edir.  Video link bölməsindən əlavə xeyriyyəçi-şair Gülağa Tənhanın 2004 – ci ildə  çap olunan 10 cildliyin I cildində yer alan seçilmiş şeirlərini bir neçəsini təqdim edirik. Beləliklə, şairin bütün seçilmiş şeirləri ilə, silsilə olaraq sizinlə tanış edəcəyik...


YAXA ƏLƏ VERƏN DEYİL
 

Udammırıq möhnəti biz,
Ürəkdəki heyrəti biz,
Hey qovuruq həsrəti biz,
Vüsal bizi görən deyil.
Ömür zərdi, həyatım nərd,
Ürəyimdə qaldı bu dərd,
Tapılsa da mənə həmdərd,
Ömrü uzun sürən deyil.
Hicran bağrımı çeynədi,
Qəlbim sızladı, göynədi,
Dünya qocadı, köhnədi,
Dərdi-qəmi dərən deyil.
Ömrün sabahı ləngiyir,
Udur min ahı – ləngiyir,
Günümün ağı ləngiyir –
Yaxa ələ verən deyil.
Moskva, 1998

***
 
 
YADA DÜŞƏR XATİRƏLƏR
 

Bir anlıq qayıdam ötən illərə,
Ömrümdən-günümdən itən illərə.
Yenə yolun üstə duram, gözləyəm,
Yenə gecikəsən…
Ağ yağış yağa.
Kövrək ümidimdən qopan damlalar
Vüsal toxumutək düşə torpağa.
Yenə yolun üstə durub gözləyəm,
Yenə də boynumu burub gözləyəm,
Yenə ağ ümidim, ağca ümidim,
Qara gümanlardan asılı qala.
Dağ çəkib yolların tərs inadına,
Dəli inadımı yorub gözləyəm…
Boylanam sən gələn yollara sarı,
Səni gətirəsi yolu nur kimi
Darıxa-darıxa yığam gözümə.
Qara bulud kimi dolan həsrəti
Zəmzəm suyu bilib sıxam gözümə.
Öz dərdi, öz qəmi az imiş kimi,
Dərdimə bələnə dağ-dərə burda.
Göydən insaf umam, yerdən muştuluq,
Gah göyə boylanam, gah yerə burda.
Gələsən can verən cana ruh kimi,
Bir ağ göyərçinə dönə əllərim.
Qara buludların tozunu silib,
Qara tellərinə enə əllərim.
…Bir anlıq qayıdaq ötən illərə,
Ömrümdən, günümdən itən illərə.
Qayıdaq xatirə cığırlarıyla;
Yoluna səpdiyim qızılgüllərin
Qızılı qanına boyanam yenə.
Bir vaxtlar gözündən həsrət dərdiyim,
İntizar üzdüyüm, möhnət dərdiyim
Həmin pəncərədən boylanam yenə…
Həmin pəncərənin mən tərəfində,
Yayın bu vaxtında sazaqdı, gülüm.
Həmin pəncərənin sən duran üzü,
Mənim ürəyimə bir ömür qədər,
Uzaqdı, uzaqdı, uzaqdı, gülüm!..
İspaniya, avqust, 2000
 
 
***
 
 

BU, QEYRƏTDİMİ?
 

Baş açmadım bu dünya
namərddimi, mərddimi?
Görən çörəyi, suyu
Sevincdimi, dərddimi?
İllərdən gül dərəsən,
Sevgiyə can verəsən…
Dərd çəkməyi, görəsən
dərdə də öyrətdimi?
Kərəm sevdi, duruldu,
Ömrünə tor quruldu.
Yarı yolda yoruldu,
Tənha, bu, qeyrətdimi?
Bakı, 30.08.2003
 
 
***
 
 

ÖLDÜRÜR MƏNİ
 

Qollarıma vurulan
Zəncir öldürür məni.
Yoxsa ömür qəbirdi? –
Qəbir öldürür məni.
Kəlməm, sözüm üyüşüb,
Yolum-izim üyüşüb,
Daha dözüm üyüşüb,
Səbir öldürür məni.
Ahım aləmi tutdu,
Gümanlarım buluddu.
Gəzdim, tapdım, unutdu,
Bu pir öldürür məni.
Başım üstə daş ələ,
Sevgimə ömür dilə.
Sevgimiz sirdi hələ,
Bu sirr öldürür məni.
Yasamal, 21 noyabr, 1993
 
 
***
 
 

BİLMƏDİN
 

Duyğularım sənə sarı
Çağlayan çaydı, bilmədin.
Ağlayır, ömür dağlayır
Gör neçə aydı, bilmədin.
Dərdə yığılan ömürə,
Sənsiz sıxılan ömürə,
Yanıb-yaxılan ömürə
Haraydı, haydı, bilmədin.
Talan olub talan ömrüm,
Yalan olub yalan ömrüm.
Sənsiz bağlı qalan ömrüm
Bir ağ saraydı, bilmədin.
Təksən, dərdi tək çək, sənəm,
Taleyinə dərd ək, sənəm,
Adını, daşürək sənəm,
Dərd elə yaydı, bilmədin…
Bakı, 10. 09. 2004
 
 
***
 
 
 
BİRİYƏM
 

Dərd-qəmini baş pərdədə əridən,
Yüyrək dilli ozanlardan biriyəm.
Xoş kəlamı, şirin sözü, xoş sözü,
Ömrə-günə yozanlardan biriyəm.
Bu dünyada hər sevginin öz yolu,
Sevgi yolu – ocaq yolu, köz yolu,
Əzəl başdan çınqıllıqdı söz yolu,
Öz dərdini yazanlardan biriyəm.
Söz sinəmdə qaynadı, yar, daşdı, yar,
Kim deyir ki, qəlbim qara daşdı, yar?!
Qəlbidaşı qəlbidaşlar daşdıyar,
Daş yollarda azanlardan biriyəm.
Kim aşardı bu aşılmaz hasarı,
Dözümünə inamını ha sarı.
Ürəyində öz eşqinə məzarı
Öz əliylə qazanlardan biriyəm.
Bakı, 3 sentyabr, 2003
 
 
***
 
 
DƏRDİN DƏRDİ NƏDİR
 

Sevincin bələyi dərd,
Bələyi nədi dərdin?
Nə vaxtdı qılıqlayır,
Kələyi nədi dərdin?
Ürək döyüntüsüdü,
Qolu-qanadı dərdin.
Dözdük, günün birində
qəlbi qanadı dərdin.
Qanını bizə verir,
Neyləyir özü dərdin?
Donsaq can isidərmi
ocağı, közü dərdin?
Nəfəsi də, canı da
Qəmdi, qəhərdi dərdin.
Bizim dərdimiz – vüsal,
De, nədi dərdi dərdin?..
Moskva, 1999
 
 
***
 
 
 
GÖYLƏRİN GÖZLƏRİ DOLAR
 

Əzib mum edərəm kədəri, qəmi,
Ahımla yandırram bütün aləmi,
Günlərin birində Xan Kərəm kimi
kül olsam,
göylərin gözləri dolar.
Həsrət üzə gülüb de nə vaxt, haçan?!
Biz olduq, çiçəyim, dərddən dil açan.
Saçını üzünə dağıdıb qaçan
yel olsam,
göylərin gözləri dolar.
Ürəkdi özünü odlara yaxan,
Gözdü sən getdiyin yollara baxan.
Ay sarı çiçəyim, gözündən axan
sel olsam,
göylərin gözləri dolar.
8 mart, 2004
 

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #senedli #film #məktəb #müəllim #Masallı #Ərkivan

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə