Beləliklə “Qızıl yarpaq, Tənha səs” müsabiqəsinin son iştirakçısı xanəndə Rövşən Əzizin çıxışını təqdim edirik. Birdaha nəzərinizə çatdırırıq ki, müsabiqə xeyriyyəçi- şair Gülağa Tənhanın təşəbbüsü ilə keçirilmişdir. Ondan çox xanəndə, müğənni və qiraət ustalarının iştirak etdiyi müsabiqənin iştirakçılarının çıxışlarına yekun verulur və münsiflər heyəti tərəfindən qiymətləndirilərək, ümumi balların nəticələri hesablanır, daha sonra qaliblər müəyyən edilir. Qaliblər sabahkı yayımda hazırladığımız videoçarxda məlum olacaqdır. Yeri gəlmişkən, xeyriyyəçi – şair Gülağa Tənhanın bir neçə şeirləri də oxucuların ixtiyarına verilir… SƏNSİZLİYİN ÖLÜMDƏN DƏ BETƏRDİ… Aylar keçir…İllər ötür…Həsrətin Sevgi nədi, eşq nədi, Baharda torpağa yağış düşəndə, Həsrəti ürəyindən DARA ÇƏKİR Axşam-səhər tərsə əsən QARA GÖZLÜM Əl uzat könlümün şah budağından #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #məktəb #qocalar #evi
Canım-gözüm, nə təzədi, nə tərdi…
Səni məndən, məni səndən soruşur,
Barışmasaq qumru kimi ötərdi.
Sən gedəli daş olmuşam…Daşmışam,
Daş olsam da kükrəmişəm, daşmışam…
Dözəsiyəm, bağrıma daş basmışam,
Gərək özüm ovunduram bu dərdi.
Ayrılığın əl-qolumu bağlayıb,
Gözlərimdə sellər-sular çağlayıb.
Ümidimi dağım-dağım dağlayıb,
Sənsizliyin ölümdən də betərdi…
İspaniya, 20 iyun, 2009
SORUŞUN
Həsrətimdən soruşun.
Ürək nəyə təşnədi,
Həsrətimdən soruşun.
Dərdimi nə daradı,
Dərdin yurdu haradı?
Gecə niyə qaradı?–
Həsrətimdən soruşun.
İllər diddi daşımı,
Yellər sildi yaşımı…
Ömürümü, yaşımı
həsrətimdən soruşun.
Afina, avqust, 2004
GƏLƏRSƏNMİ?
Biz gəzən çəmənə naxış düşəndə,
Çiçək ləçəyinə baxış düşəndə,
Məni gül əvəzi dərəcəkmisən?
Gedib, gözlərimin qalmayıb ağı,
Qınağa tuturam aranı, dağı.
Gözəlim, səsləsəm bir axşam çağı,
Günəştək üzümə güləcəkmisən?
Qönçə diləklərim gül açasıdı,
Gül açan diləyim yol açasıdı.
Eşqim fəğan edib dil açasıdı,
Dərdimin tozunu siləcəkmisən?
Tənhayam, dərdindən Məcnuna dönsəm,
Dərdimin adını biləcəkmisən?
Döysəm pəncərəni bir axşam çağı,
Sevincək sən mənə gələcəkmisən?
Bakı, «Lider» TV, 5 may 2006
BİLSƏN
Bacar at, ata bilsən.
İstəyini ox elə,
Nişan al, ata bilsən.
Dərdə meyl salınca,
Həsrətdən bac alınca,
İllər keçir, dalınca
Bacar çat, çata bilsən.
Xatirə – yaddaş dağı,
Yanır qarası, ağı.
Həsrət – sevgi sınağı,
Oda at, ata bilsən.
Yaş süzülür yanaqdan,
Söz boylanır dodaqdan.
Bu sitəmdən, bu dağdan
Ocaq çat, çata bilsən.
Həsrətini əyərlər,
Tənha, dərdi döyərlər.
Sənə Tanrı deyərlər,
Sevgini buta bilsən!
Moskva, 2000
***
Yellər məni dara çəkir.
Saçlarına həsrət qalan
Əllər məni dara çəkir.
Qoymur ki, qovuşam sənə,
Sellər məni dara çəkir.
Tarım «Şüştər»ə köklənib,
Tellər məni dara çəkir.
Dərib sənə vermədiyim
Güllər məni dara çəkir.
Nə müddətdi ayrılmışıq,
İllər məni dara çəkir.
Moskva, may, 1995
Dəli həsrətimi üz, qara gözlüm.
Elə bil çiçəkdi…Hər səhər çağı
Qara tellərinə düz, qara gözlüm.
Çətindi dodaqla dil ayrılığı,
Ömür kitabından sil ayrılığı…
Məni yaman yorub il ayrılığı,
Yığılmır yollardan göz, qara gözlüm.
Dağ edə bilmirəm qəhəri, qəmi,
Hələ ki, titrəyir qəlbimin simi.
Qayıdıb Abbasın Gülgəzi kimi,
Həsrətin əlini kəs, qara gözlüm.
Bakı, iyul, 2008
Bütün hüquqlar qorunur © 2025