Təqvim
Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib - VİDEO
01 avqust 2020 - 21:02

Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın törətdiyi hərbi təxribatları və Dağlıq Qarabağın indiyədək erməni işğalından azad olunmadığını kəskin şəkildə pisləyənlər arasında ölkəmizlə dostluq əlaqələri olan cəmiyyətlər də var.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yaydıqları bəyanatlarda uzun illərdir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətə, ölkəmizin kobudcasına pozulmuş ərazi bütövlüyünün hələ də bərpa olunmamasına, dünyanın bir sıra ölkələrində son hərbi təxribatlara etiraz edən azərbaycanlıların, Ermənistanın işğalçı mahiyyətini ifşa etdiklərinə görə, Los-Anceles və Brüssel şəhərlərində ermənilərin azğın və quldur dəstələrinin hücumlarına və zorakı əməllərinə məruz qaldıqlarına diqqət cəlb edilib.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanatda Los-Ancelesdəki çinayət zamanı 3 min erməninin 50 azərbaycanlıya hücum edərkən "ASALA” (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) sözü yazılmış köynəklərdə olduğu vurğulanıb. Yaponiya ictimaiyyətinin nəzərinə çatdırılıb ki, "ASALA" ermənilərin terrorçu təşkilatı kimi dünyada tanınıb.

Sənəddə Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasətini dayandırması, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə “böyük Ermənistan dövləti”nin yaradılmasına xidmət edən xülyasından əl çəkməsi tələb edilib. Azərbaycan icmasının üzvləri yapon parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, Yaponiyada və dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov isə bildirib ki, mütərəqqi qüvvələr yaranmış vəziyyətlə bağlı susmamalı, Azərbaycana qarşı illərdir davam edən bu işğalçı siyasətə qarşı səslərini ucaltmalı, baş verənləri yaşadıqları ölkələrin hökumətlərinin, parlamentlərinin və ictimaiyyətlərinin diqqətinə çatdırmalıdırlar.

Professor qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib. "Bu, bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Azərbaycanın 20 min günahsız dinc sakini erməni zorakılığının qurbanı olub. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil olub və 4866 nəfər itkin düşüb. Ermənistan tərəfindən bu cür təcavüzə, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz. Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım və cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verilməlidir. Mən Özbəkistanın elm və ictimai xadimi kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram", - deyə E.Nuriddinov bildirib.

Alim hesab edir ki, münaqişənin yeganə həlli Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. "Biz – dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək. Bir daha bəyan edirəm ki, ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, sülhün regionda bərqərar olacağına inanıram. Çünki həqiqət daim zəfər çalır. Bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş hadisələrə görə başsağlığı verir, səmimi dəstəyimi və duyğularımı çatdırıram", - deyə professor əlavə edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə