Təqvim
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib
24 iyul 2020 - 16:00

İyulun 24-də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ABŞ, Belçika, Böyük Britaniya, Fransa və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məktub ünvanlayaraq Ermənistanın 12 iyul 2020-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və yuxarıda adı sadalanan 5 ölkədə yaşayan Azərbaycan diasporu nümayəndələrinin Ermənistanın təcavüzünə qarşı təşkil etdikləri dinc nümayişlərə erməni millətçiləri tərəfindən edilən hücumlar və zorakılıq faktları barədə məlumatlandırıb və bu zorakılğı nümayiş etdirən fotoşəkilləri onlara təqdim edib.

Azay Quliyev erməni diasporu üzvlərinin təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin inzibati binalarına qarşı törətdikləri vandalizm faktlarını, eləcə də diplomatik missiya nümayəndələrinə hücumlar və dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı fiziki güc tətbiq etdiklərini və onlara bədən xəsarəti yetirdiklərini nümayəndə heyətlərinin rəhbərlərinin diqqətinə çatdıraraq bu cür nifrət, təcavüz və zorakılıq cinayətlərinin yolverilməzliyini və onların yerli qanunvericilik, beynəlxalq hüquqla qadağan edildiyini və ATƏT-in müvafiq prinsipləri ilə tam ziddiyyət təşkil etdiyini bildirib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri xarici həmkarlarından Azərbaycanlılara qarşı açıq cinayət törətmiş ermənilərin qanun qarşısında cavab vermələri məsələsini nəzarətdə saxlamağı xahiş edib və analoji cinayətlərin təkrarlanmasına yol verməmək istiqamətində parlament səviyyəsində də səylərin göstərilməsinin vacibliyini nümayəndə  heyətləri rəhbərlərinin diqqətinə çatdırıb.

Azay Quliyev ATƏT PA-nın ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallığının artırılması baxımından bütün imkanlarının səfərbər olunmasının əhəmiyyətini xatırladaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi, 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin daha fəal olmağa çağırıb.

Nümayəndə heyətlərinə göndərilən məktubların surəti ATƏT PA-nın prezidenti Georgi Sereteli və Baş katibi Roberto Montellaya da təqdim olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə