Təqvim
Gülağa Tənha Bu gün 24 iyul 2020 ci ildir
24 iyul 2020 - 14:42

Bu gün dünyada Azərbaycanlı və Ermənilər arasında baş verənlər Sumqayıt hadisələrini xatırladır. Motiv eyni olsa da daha geniş ərazidə, müxtəlif ölkələrdə baş verməkdədir. Biz artıq müharibənin içindəyik! Əslində atəşkəs dediyimiz tarixdən bu yana düşman tərəf öz səhvlərini başa düşmələri üçün möhlət versək də onlar bir dəqiqə də olsun boşuna keçirmədən daim, gecə-gündüz durmadan döyüşüblər: media, mətbuat və.s. O qədər əxlaqlı xalqıq ki, yenə də humanizm göstərmişik, bir qədər də laqeydlikdə olub. Bu döyüş hər birimizindi: yazar qələmilə, alim elmi ilə, yəni əlindən hansı bacarıq gəlirsə özünü səfərbər edib Vətəni naminə mübarizə aparmalıdır. Elə müharibəsiz də insan ulu babalarımızın daim yaşadığı, havasını, suyunu udduğu müqəddəs torpağın qayğısını çəkməli deyilmidir? Bunu kiməsə görə yox məhz özü üçün etməlidir, - axı O, hər şeyi görür! Bütün gözəl adları özündə cəmləyən Böyük qüvvə sənin torpağa, həmyerlilərinə, ailəyə, bütövlükdə dəyərlərə münasibətini görür və əgər biz Qarabağa layiqiksə o yenə də bizim olacaqdır... Bizim olmamız üçün isə həqiqətən də bunu istəməli və ləyaqətli şəkildə güclərimizi birləşdirərək bir olmalıyıq... 
İlin bu günü həm də cümə günüdür. Türkiyədə 86 il sonra ilk dəfə Ayasofiyada “Cümə namazı” - nın qılınması zəfərinin kökündə əqidənin olmasına dəlalət etmirmi?  Kiminsə xoşuna gəlib gəlməməsini fikirləşmədən öz ideyasına, imanına söykənən xalq dünya durduqca mövcud olacaqdır. İnsan taleyində olduğu kimi dövlətlərdə bir yol keçmiş olur və bu yolda qazanclar və itgilər də qaçılmazdır. Geriyə qalan hər gün yazılmaqda olan tarix və adlardı. Vətən ocaq kimidir onu havada, suda və quruda qoruyanlar isə müqəddəs missiyanı yerinə yetirirlər... 
24 iyul pilot palkovnik – leytinant Rəşad Atakişiyevin qəza nəticəsində həlak olmasının 1 ili tamam olur. Səma şahinimizin timsalında bütün şəhidlərimizin əziz xatirəsi yad edilir, Allahdan hər bir azərbaycanlıya səbir, provakasiyalara uymadan, zəkayla Vətənə, xalqa, dövlətə xidmət etməyi diləyirik...

 

Canveten.az – saytı sözləri Gülağa Tənhaya aid olan “Ağlama, şəhid anası” klipini təqdim edir!

 

Söz: Gülağa Tənha

Musiqi: Razim Paşayev

İfa: Cabir Abdullayev

 

 

AĞLAMA, ŞƏHİD ANASI

 


Gözlərinə yaş olaram,
Ağlama, şəhid anası.

Oğluna qardaş olaram,
Ağlama, şəhid anası.
Üz, göylərdən buludu üz,
O çarəsiz ümidi üz.
Bağrına daş bağlayıb döz,
Ağlama, şəhid anası.
Qıyma bulud kimi dolum,
Köynəyindən keçir məni,
Gəlmişəm ki, oğlun olum,
Ağlama, şəhid anası!

Bakı, may, 1993

 

 

 

 

Hazırladı: Ağa Məhəmməd Aman

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенхa

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə