“Qızıl yarpaq, Tənha səs” müsabiqəsinin aparıcıları xeyriyyəçi-şair Gülağa Tənhanın “Mənim amalım” adlı şeirini səsləndirirlər. Azpress.az – saytı Şairin digər bir şeirini də yazlı şəkilndə oxuculara təqdim edir. 12 iyul 2020-ci ildə baş vermiş döyüş nəticəsində şəhid olmuş əsgər, qizir və zabitlərimizin timsalında bütün Azərbaycan şəhidlərimizin əziz xatirəsinə ithaf olunur... Ürəyimi verərəm ŞƏHİDİM, KEÇ GÜNAHIMDAN #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim
MƏNİM AMALIM
Hər ümidsiz qalana.
Qoymaram ki, can evi
Dağıdıla, talana.
Gözlərinə göz ollam,
Uğuruna iz ollam,
Ümid verən söz ollam
Sözdən ilham alana.
Dara düşəndə istə,
İstə, məndən can istə.
Qoymaram başın üstə
Yad buludlar dolana.
Həsrətdən gözü dolar,
Gülü-gülşəni solar.
Gülağa qardaş olar
Elə oğul olana.
May, 1991
Analar gözündə yaşa dönübsə,
Güllə paralamış qaşa dönübsə,
İndi özü boyda daşa dönübsə,
Şəhidlər keçərmi günahımızdan?
Hər naləyə görə, hər aha görə,
Yollarda ləngiyən sabaha görə,
Zamanın etdiyi günaha görə
Şəhidlər keçərmi günahımızdan?
Qarabağ göynəyir, ağılar deyir,
«Od salıb canıma yağılar» – deyir,
«Ləngimə, tifaqım dağılar!» – deyir;
Şəhidlər keçərmi günahımızdan?
Yada salammıram nəyi, nələri,
Ocaqlar söndürüb yol kəsənləri…
Dara çəkəmmirəm biganələri,
Şəhidlər keçərmi günahımızdan?
Qara bulud aldı göyün üzünü,
Sipər edəmmədik qeyrət sözünü…
«Şur»la sevindirsək Cıdır düzünü,
Şəhidlər keçəcək günahımızdan!..
Moskva, 20 yanvar, 2006
Bütün hüquqlar qorunur © 2025