Mərkəzin təşəbbüsü ilə dünyanın nüfuzlu beyin mərkəzlərinin onlayn koordinasiya toplantisına ev sahibliyi etmişdir. Mərkəzin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabit Baş Naziri Zlatko Laqumdzijanın moderatorluğu ilə keçirilən video-konfransda Madrid Klubunun Baş Katibi, İnterAction Şurasının Baş Katibi, Dünya Elm və Mədəniyyət Akademiyasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi, Berggruen İnstitutunun Vitse-Prezidenti, BMT Davamlı İnkişaf Proqramının Həm-Sədri, Amerika Xarici Əlaqələr üzrə Milli Komitənin Prezidenti, Delfi İqtisadi Forumunun Prezidenti və CONCORDİA təşkilatının həmsədri iştirak etmişlər. Müzakirə zamanı beynəlxalq təşkilatların COVİD-19 dövründə fəaliyyətinin daha müntəzəm koordinasiya olunması, BMT-nın 75 illiyi ilə əlaqədar birgə layihələrin keçirilməsi və o cümlədən multilateralizmin təbliğ olunması mövzusunda fikir mübadiləsi aparmışlar.
Bütün hüquqlar qorunur © 2024