"Qızıl yarpaq, Tənha səs" müsabiqəsinin növbəti iştirakçısı Ruslan Səfəroğludur. Gənc qiraətci Ruslan, xeyriyyəçi-şair Gülağa Tənhanın “Öz dərdi özünə bəsdir” şeiri ilə çıxır edir. Şeirin yazılma tarixini nəzərdən keçirsək görəcəyik ki, şeir 1999 – ci ilin may ayının 20 də məhz şairin doğum günündə yazılmışdır. Bununla Gülağa Tənha bir növ həyat baxışına, avtobioqrafiyasına işarə etmişdir...
ÖZ DƏRDİ ÖZÜNƏ BƏSDİ
Ömür yaşayıram,
yalan olmadım,
Namərdlər əlində talan olmadım,
Çəkinib yolundan qalan olmadım,
Öz dərdi özünə bəsdi dünyanın.
Dinmədim, səsimi daşa çəkdilər,
Hayqırdım, əlimdən «haşa» çəkdilər,
Nadanı, yaltağı başa çəkdilər,
Öz dərdi özünə bəsdi dünyanın.
Keçənlər gördülər, keçib getdilər,
Bir içim suyunu içib getdilər,
Getdilər,
biryolluq köçüb getdilər,
Öz dərdi özünə bəsdi dünyanın.
Dərdi bir kimsəyə əyan olmadı,
Nə çəkdi, anlayan, duyan olmadı,
Dindirən olmadı, sayan olmadı,
Öz dərdi özünə bəsdi dünyanın.
Meylini yad gülə salmadı Tənha,
Yad yolun yolçusu olmadı Tənha,
Yolundan, izindən qalmadı Tənha,
Öz dərdi özünə bəsdi dünyanın.
Moskva, 20 may, 1999
Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci
Bütün hüquqlar qorunur © 2025