Təqvim
Gülağa Tənha " Tənhanın öz dərdi var ! " ifa: Xalq artisti İlham Əsgərov
30 iyun 2020 - 18:00

"Qızıl yarpaq, Tənha səs" müsabiqəsinin ikinci iştirakçısı Azərbaycanın Xalq artisti İlham Əsgərovdur. Qiraət ustası İlham Əsgərov xeyriyyəçi - şair Gülağa Tənhanın üç şeirini səsləndirir: "Bu, qeyrətdirmi?", "Bilər" və "Tənhanın öz dərdi var!" Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan həmin video yazını təqdim edirik.

 

 


BU, QEYRƏTDİMİ?

Baş açmadım bu dünya
namərddimi, mərddimi?
Görən çörəyi, suyu
Sevincdimi, dərddimi?
İllərdən gül dərəsən,
Sevgiyə can verəsən…
Dərd çəkməyi, görəsən
dərdə də öyrətdimi?
Kərəm sevdi, duruldu,
Ömrünə tor quruldu.
Yarı yolda yoruldu,
Tənha, bu, qeyrətdimi?
Bakı, 30.08.2003

 

 

BİLƏR

– Can nədi?
– Sinəsinə
Əzrayıl çökən bilər.
Gül nədi, ətir nədi?
Dan üzü tikan bilər.
Can – torpağa sadağa,
Bük sən ağa, ay ağa!
Ruzi nədi?
– Torpağa
Bir-bir dən əkən bilər.
Üzü bozdu möhnətin,
Üzü gülməz heyrətin.
– Sevgi nədi?
– Həsrətin
Qolunu bükən bilər.
Dərddi dünyanın işi,
Qeylü-qaldı vərdişi.
Dərd tanımaz hər kişi,
– Dərd nədi?
– Çəkən bilər…
30.03.2001

 

 

TƏNHANIN ÖZ DƏRDİ VAR

Ağlayanın dərdi – bir,
Gülənin yüz dərdi var.
Dərdsiz bəndə tapılmaz,
Hərənin öz dərdi var.
Ağanın – ağa dərdi,
Dönüb yumağa dərdi,
Dərdini hara sərdi?–
Dinəmmir, söz dərdi var.
Buludun – dolmaq dərdi,
Çiçəyin – solmaq dərdi,
Közün – kül olmaq dərdi,
Ocağın köz dərdi var.
Dərdi uzaqdan tanı,
Hanı duyğusuz, hanı?..
Dərdsiz bilmə Tənhanı,
Tənhanın öz dərdi var.
20 may, 2002

 

Gülağa Tənha

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə