Təqvim
ASCO Mavritaniyada çətin vəziyyətdə qalan azərbaycanlı dənizçilərə dəstək olub
21 iyun 2020 - 13:19

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Mavritaniya İslam Respublikasında çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət 4 dənizçiyə onların Vətənə qayıtmaları üçün maddi dəstək olub.

Həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış hotel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti həmin vətəndaşlardan birinin hesabına köçürülüb.

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb.

İyunun 21-də həmin dənizçilər çarter reysi ilə Türkiyəyə gətirilib. İstanbul hava limanında onları ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və hotelə yerləşdiriblər. Dənizçilərin yaxın günlərdə çarter reysi ilə Azərbaycana qayıdacaqları gözlənilir.

Hər 4 dənizçi Azərbaycan hökumətinə problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, azərbaycanlı 4 dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər boş çıxmış, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşmişdilər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə