Bu günlərdə gənc şairə Aysel Nəsirzadənin “Qəfəs darlığı” adlı yeni şeirlər kitabı işıq üzü görüb.Kitabın redaktoru AYB-nin üzvü Aysel Xanlarqızı Səfərli, ön söz müəllifi Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının əməkdaşı Dos.Dr.Qəmər C.Mürşüdlü, korrektoru şair Günay Ələkbərzadədir. Qeyd edək ki, A.Nəsirzadə həmçinin “Sükutdan asılmış ruh” adlı şeirlər kitabının da müəllifidir. Aysel Nəsirzadə həmçinin ”Zərif kölgələr”antologiyasının və Aprel şəhidlərinə həsr olunmuş “Vətən mücahidləri”kitabının da təsisçisi və rəhbərlərindən biridir. Müəllifə yaradıcılıq uğurları arzulayırıq!
“Qəfəs darlığı” müəllifin oxucularla ikinci görüşüdür.
Bütün hüquqlar qorunur © 2024