Təqvim
Gülağa Tənha Cəmiyyətə ünvanlanan mesaj!
17 iyun 2020 - 14:00

Azpress.az - saytı silsilə olaraq Masallı rayonu 3 saylı orta Məktəbin məzunlarının otuz il sonra bir araya gəlməsini təqdim etdi. Onların hər biri bir tale, bir yol seçib, həyatın axarına kimi uyğunlaşıb, kimi uyğunlaşmayıb... Nədir bu həyatda dayanıqlı yaşamağın sirri? Bəlkə, müdrik hekayədə deyildiyi kimi: insan həyatının sirri ovuclarındadır: hər kəs ovucuna qoyulan qilin bənnası, memarıdı... Kimi bu gildən bağçasında bitən gülləri qoymaq üçün güldan düzəldir, kimi sehirbazlığı öyrənib gili, pula çevirir... kimisi də, diqqət etmədiyi üçün əlindəkini yerə salıb bir ömür boyu əli açıq qalır... Belə çıxır ki, sehirbazlığı öyrənə bilməkmidir gerçəklik?! Bəs qədər? Beləcə suallarla həyat davam edir...

 

Tədbirin sonuna yaxın Anara adlı məktəbli Gülağa Tənhanın "Dünyaya xitab" şeiri ilə çıxış edir. Çıxışdan sonra qarmonda müşayiət edən valideyn, ovqatı dəyişdirəcək, ritmik mahnı ifa etmək istəsə də, Gülağa Tənha ifanı əli ilə qəti şəkildə dayandırır... Bu o demək idi ki, belə şeirdən və ovqatdan sonra bu üslubda musiqi ifa etmək olmaz!... Daha sonra müəllif mikrafonu götürüb cəmiyyətə ünvanlanan vacib nitqi ilə çıxış edir. Ətraflı video linkdə...

 


xeyriyyəçi - şair Gülağa Tənha "DÜNYAYA XİTAB"


Dahi rəhbərimiz Heydər Əliyevin
məzarı üstündə düşüncələr


A dünya, nə vaxtsa gözləri dolan
Bəndənin qeydinə qalacaqmısan?
Nələr etdiyini yadına salsan,
Qara bulud kimi dolacaqmısan?

 

Ürəyin daşıymış, gözün dolmadı,
Çayın qurumadı, gülün solmadı…
Ona səndən başqa qıyan olmadı,
Sən mənə vəfalı olacaqmısan?


Nə vəfan varıymış, nə etibarın,
Qəlbimi üşüdür boranın, qarın.
Mənə şam yandırıb hey korun-korun,
Ağlayıb saçını yolacaqmısan?


Özünü unutdu, xalqına yandı,
Xalqını yaşatdı, xalq onu andı.
Bu itki can yaxır xeyli zamandı,
Sən də bizim kimi yanacaqmısan?


Onsuz necə ağır keçir ömür-gün,
İnamım itibdi sənə büsbütün…
Onunla yenidən qovuşmaq üçün
Tənhanı qoynuna alacaqmısan?

Ey Tanrım, arxa ol bizim İlhama,
Xalqını çatdırsın arzuya, kama!..
Ömrünü bu yolda döndərib şama,
Sən onun qeydinə qalacaqmısan?
Sən onun qeydinə qalacaqmısan?


Bakı, Fəxri Xiyaban, 12.12.2004

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə