Təqvim
Azərbaycan Hökuməti və BQXK səmərəli əməkdaşlıq edir
08 may 2020 - 11:28

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, islahatlar aparılır və geniş ictimai iştirakçılıq təmin olunur.
Dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xüsusilə COVİD-19 pandemiya şəraitində ötən ay yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin əyani təzahürüdür.
Eyni zamanda, davamlı xarakter almış cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda daha intensiv tətbiqi məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayır.
Həmçinin, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq edilir, məhkumların hüquqlarının qorunmasının və saxlanma şəraitinin monitorinqi aparılır, onlara hüquqi yardım göstərilir.
Qeyd olunmalıdır ki, BQXK ilə sıx qarşılıqlı fəaliyyətdə məhkumların tibbi və dərman təminatı yaxşılaşdırılıb, penitensiar müəssisələrdə vərəmə qarşı mübarizədə birgə səylər yüksək nəticələr verməklə müsbət təcrübəmiz dünyada örnək olub. Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılması və öyrənilməsi üçün Bakıda Təlim Mərkəzi yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı ona beynəlxalq status verib. Səmərəli fəaliyyət göstərən bu Mərkəzdə son illərdə Avropa və digər qitələrdən 20 dövlətin çoxsaylı nümayəndələri müsbət təcrübəmizdən bəhrələnib və artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.
Eyni zamanda, 2000-ci ildən Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış Sazişə əsasən Komitə nümayəndələri mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir, bu sahədə işin təkmilləşdirilməsinə töhfələr verirlər.
Dövlət başçısı həmin Sazişin məhkumlar və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatına xidmət etdiyini nəzərə alaraq, onun müddətinin uzadılması ilə bağlı xüsusi Sərəncam imzalayıb.
Sərəncamla verilmiş səlahiyyətə əsasən Sazişin müddətinin uzadılmasına dair Protokolu Azərbaycan Hökuməti adından ədliyyə naziri Fikrət Məmmədov, BQXK tərəfdən isə Komitənin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar. Dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi nəzərə alınaraq imzalanma rəsmi kanallar vasitəsilə həyata keçirilib.
BQXK tərəfi Azərbaycan Hökumətinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib və nazirliklə aparılan səmərəli əməkdaşlığı yüksək qiymətləndirib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə