Təqvim
Azərbaycan gözəli: "İstər oliqarx olsun, istərsə şair...” - MÜSAHİBƏ
07 may 2020 - 16:56

"Xanım sözü” rubrikasının növbəti qonağı model Aziza Kərimidir. O, "Azərbaycan gözəli-2015” müsabiqəsinin qalibi,"Miss Turkvision-2016”-da ikinci yerin sahibi olub. "Miss və Mister Azərbaycan-2019” müsabiqəsində isə 1-ci "Vice Miss” adını alıb.
-Karantin günlərini necə keçirirsiniz?

-Çalışıram həyatımı passiv keçirməyim. Şirniyyatı çox sevdiyim üçün çalışıram bir gündən bir nələrsə bişirim, öyrənim. Bir də sosial şəbəkələrdə yazılan xəbərləri izləyirəm.
-Təhsiliniz var?
-Anamın arzusu ilə mühasibat və auditi oxumuşam. Öz arzum isə həmişə incəsənət sahəsini oxumaq olub. Anamın arzusu mənimçün əsas olduğundan onu da həyata keçirdim. Amma bir gün belə bu sahə üzrə çalışmamışam.
-Necə oldu ki, bu sahəyə gəldiniz?
-Modellik sahəsinə olan maraq məndə uşaqlıqdan var. Bağça vaxtlarımdan belə şənliklərdə moda nümayiş etdirməyi çox sevmişəm. Diqqət mərkəzində olmağı çox xoşlayıram. Məktəb vaxtlarından hər zaman moda və dəb jurnallarına marağım olub. Fashion tv-lərə baxır, podiumlarda özümü təsəvvür edirdim.
Bir neçə dəfə kastinqlərdə olub, amma müsabiqəyə qatılmamışam. Buna baxmayaraq içimdəki istək heç zaman məni tərk etmədi. Bu arzumdan heç zaman ayrılmadım.
"Azərbaycan gözəli-2015” müsabiqəsə qatıldım. Evdə heç kimə demədim. Bilirdim ki, desəm icazə verməyəcəklər. Ilk dəfə idi podiuma çıxırdım və qalib oldum.
Evdə çox danladılar. Amma gördükdən sonrakı bu söhbətlər mənasızdır, mənimlə razılaşmalı oldular.
Növbəti iştirak etdiyim müsabiqəsə "Miss Turkvision-2016” olub. Ordasa ikinci yerə çıxdım. Bununla razılaşmadım, haqqımı istədim. Səslərə baxmaq istədim, mənə göstərmədilər. Mənsə tacı götürüb küsülü oranı tərk etdim. Sonradan məlum oldu ki, mən qalibmişəm.
Üstündən üç il keçib. Bu sahəyə həvəsim öldü desəm, yanılmaram.
"Miss və Mister Azərbaycan-2019” müsabiqəsində də 1-ci "Vice Miss” adını aldım. Bu milli müsabiqə olduğundan mənimçün daha önəmlidir.
-Gözəllik yarışmalarında iştirakçılar və ya şou-biznes adamlarından tez-tez sponsor söhbətlərini eşidirik. Bununla fəxr də edirlər. Doğrusunu desəm qıraqdan yaxşı görünmür.
-Mən həmişə özüm-özümə sponsor olmuşam. Valideynlərim də bu işdə mənə dəstək olublar. Heç kim deyə bilməz ki, mənimçün hansısa işi qurub. Hər zaman işləyib halal zəhmətimlə ehtiyaclarımı ödəmişəm. Əvvəllər bu sahədə qazanc yaxşı idi, indisə vəziyyət dəyişib. Hər yerindən duran açıq-saçıq şəkillər paylaşır, adını da model qoyur. Bu cür insanlara görə bu sahə dəyərsizləşib və dediyiniz söhbətlər ortaya çıxır.
Sponsor söhbəti indiki zamanda dəbdir. Onların hesabına bahalı maşınlar sürür, bahalı həyat yaşayırlar. Onların hesabına çox şeylərə sahib olurlar. Kim nə işlə məşğuldur, necə qazanır, hamı gözəl bilir.
Mən xanımlığıma hörmət edirəm. Sponsor təklifləri çox olsa da heç zaman razılaşmamışam. Kukla rolunda olmaq, imkana görə mənliyini satmağı özümə sığışdırmaram.
-Gözəl bir xanım kitablarla nə qədər dostdur?
-Məzuniyyətdə, istirahətdə olduğum vaxtlar elektron kitablara üstünlük verirəm. Adi vaxtlarda işlərim çox olduğundan kitab oxumağa və dinləməyə vaxtım olmur. Ən çox psixoloji kitablarla maraqlanıram. Arada detektiv əsərlər də oxuyuram. Çingiz Abdullayevin kitablarını çox sevirəm.
-Bu kimi müsabiqələrin qalibləri və gözəl xanımlar adətən dəbdəbəli həyat həvəsində olur. Bir növ ülvi hislər, sevgi ikinci plana keçir. Maddi plan əsas rol oynayır.
-Indiki zəmanədə əsl sevgi barmaq sayı qədər azdır. Mənə görə əsl sevgidə təbəqə, peşə. Din önəmli deyil. Əsas odur ki, iki insan bir-birini çox sevsin. Bir-birinə hörmət etsin, başa düşsünlər. Məncə bunlar kifayət edir. Oliqarx olmaq şərt deyil, şair də ola bilər. Əsas odur dediklərim olsun.
Var-dövləti bir gündə əldə edib, itirə də bilərsən. Həyatda əsas insanlıq və gerçək sevgidir. Hər şeyi pulla alıb-sata bilərsən, amma sevgidən, xoşbəxtlikdən, insanlıqdan, sağlamlıqdan başqa.
-Hazırda hansı sahədə çalışırsınız?
-Tam başqa sahə üzrə çalışıram. Düzdü, tərkibində modellik də var. Bir növ şirkətin simasıyam. Işimi çox sevirəm. Bu sahədə 8 ildir ki, işləyirəm.
-Bir açıqlamanızda demişdiniz ki, kişi bakir olmaya bilər, amma qadın özünü qorumalıdır. Bu təzadlı açıqlamaya oxşayır.
-Mənimçün əsas odur ki, kişi mərd, cəsur, dürüst, işgüzar olsun. Həyatda arxa-dayaq olmağı bacarsın. O qədər güclü olsun ki, mən onun yanında öz gücümü hiss etməyim.
-Adətən düşünürlər ki, Allah bir şey veribsə, digərini alıb. Məsələn, xarici çox gözəldirsə, daxili kasıb ola bilər.
-Insanın düşüncələri qədər fikirləri də fərqlidir. Hamı üçün yaxşı, gözəl ola bilməzsən. Hər kəs sənə istədiyi prizmadan baxa bilər. Təbii ki, qəlbi qara, paxıl, qurdlu insanlar var. Eqoist olduqlarından özülərindən üstün kimsəni görə bilmirlər. Çalışıram belələrindən uzaq durum. Həyatda sadəliyə daha çox dəyər verirəm.
-Ecazkar xanımsınız və gözəllik yarışmalarının qalibi. Dünyada bu sahədə uğur qazanan xanımlar sonradan filmlərə çəkilir. Reklam və.s öz gücüylə milyonlar qazana bilir. Bizdə dediyim formatı müşahidə etmirəm.
-Çəkici olmağım bəlkə də metis olmağımla əlaqədardır. Nənəm rusdur. Iran və ərəb qarışığım da var. Ola bilsin, bu səbəbdən görünüşcə fərqliyəm.
Dünyada bu sahəyə dəyər verirlər və yüksək qonorarlar olur. Bizdəsə əksidir. Yuxarıda qeyd etdiyim kimi bəzi şəxslər sponsor söhbətlərinə görə bu sahəni dəyərsizləşdiriblər. Bəzənsə deyirlər filmə çəkil, filmdən sonra ödəniş olacaq. Bir dəfə belə çəkildim. Amma filmdən sonra nə ödəniş oldu, nə də filmin sponsoru tapıldı. Hər sahədə fırıldaq olduğu kimi bu sahədə də var.
-Bayaqdan sadəlikdən danışırsınız. Guya kasıb bir şairlə evlənməyə, daxmasında yaşamağa razı olardınız. Elə götürək məni...
-Mənim üçün həyatda qarşılıqlı sevgi yaşamaq əsas faktorlardan biridir. Mənə sevgi etirafları çoxdur. Hələki ürəyimə sahib çıxacaq birisi yoxdur. Bir insan mənim sevgimi qazansa onunla dünyanın o başına da gedərəm. Yetər ki, qarşılıqlı sevgi olsun. Sizinsə mənə aşıq ola bilməyinizə inanmıram.
Söhbətləşdi: Emin Piri
adalet.az 

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı 21:53, 17 yanvar 2021
Vaksinasiyadan imtina edənləri hansı cəza gözləyir? - TƏBİB-dən AÇIQLAMA 19:55, 17 yanvar 2021
Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏDƏK uzadıldı 19:51, 17 yanvar 2021
Məktəblərlə bağlı VACİB AÇIQLAMA 19:30, 17 yanvar 2021
Karantin rejimilə bağlı NƏ DƏYİŞDİ? - İZAH 19:24, 17 yanvar 2021
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat 18:31, 17 yanvar 2021
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb 18:13, 17 yanvar 2021
Gülağa Tənha Qərar qəbul etmə prinsipi və...14:30, 17 yanvar 2021
Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir 20:12, 16 yanvar 2021
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb 20:07, 16 yanvar 2021
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq 19:44, 16 yanvar 2021
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur 19:37, 16 yanvar 2021
Bu sahələrin fəaliyyəti bərpa olunur - SİYAHI 19:00, 16 yanvar 2021
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə 18:49, 16 yanvar 2021
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur 16:02, 16 yanvar 2021
Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... 13:51, 16 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə