Feysbukla bağlı( davranış qaydaları və s) mənim çoxlu yazılarım var.
Mənim əziz dostum və kitablarımın redaktoru Vusal Hetemov hətta mənim yazılarımı bir yerə yığıb kitabça şəklində nəşr etmək də istəyir. Kitabın ilkin variantı artıq hazırdır.
Dostluğuma son dövrlər çox insanlar qəbul etmişəm ki, onlar mənim FB ilə bağlı yazılarımı oxumayıblar. Məhz bu insanlarla dostuğumu qorumaq üçün FB münasibətləri ilə bağlı bir kiçik replikam var. Bunu ehtiyac yarandığından yazıram.
Dostlar, Feysbuk gözəl müzakirə meydançasıdır və bu şəbəkənin yaradıcalırına minnətdarlığımı bildirirəm. Burada dostlar, biliklər, yeniliklər və informasiyalar əldə edirik. Eyni zamanda öz fikirlərimizlə də bölüşmək imkanımız var. Burada istənilən yazıya, hətta işarəyə belə status deyilir.
FB- nin bir özəlliyi də odur ki, burada təhsili, dünyagörüşü,tərbiyəsi müxtəlif olan insanlar var. Burada bir “sinifdə” tələbə də, müəllim də, professor da oturur. Bax bu səviyyə müxtəlifliyi bir- birimizin yazılarına dözümlü yanaşma tələb edir. İstənilən fikir subyektivdir. Eyni hadisəyə biri binanın pəncərəsindən, digəri həmin binanın damından baxır. Təbii ki, mübahisəyə yer yoxdur, hərə öz gördüyünü yazır, hərçənd ki, həqiqətə damdan baxan daha yaxındır. Bu situasiyada damdan baxan daha səbrli olmalıdır, təbii ki, çünki o, müdrikliyə gedən yoldadır.
Biz hər gün onlarla status oxuyuruq. Necə edək ki, status yazan insana hörmətimizi də saxlayaq, fərqli fikrimizi də bildirək. Öz təcrübəmi bölüşürəm. Status xoşuma gəlirsə layk qoyuram, yazanın intelektual əməyini, sərf etdiyi vaxtı da
nəzərə alıb bir- iki xoş söz də yazıram və ya pozitiv işarələr qoyuram.
Fikir vermisinizsə, FB- də
“ bəyənmirəm” işarəsi yoxdur və bu çox müdrik bir qərardır.
Tutaq ki, kimsə mənim statusumu bəyənmir və bunu açıq yazır.
Dostlar, mən öz fikrimi yazmışam, bu fikri də bəyənib yazmışam. Kiminsə bəyənməməyinin mənə nə aidiyyatı?
FB- də qayda belədir: bəyənmirsənsə, heç nə qoyma.
Münasibətiniz yaxşıdırsa onun messencerinə yaz, fikrini hörmətlə çatdır və müzakirə et.
Ya da öz fərqli fikrini ayrıca status şəklində yaz və insanların münasibətini öyrən.Öz statusunda istənilən fikrini geninə- boluna yaza bilərsən, öz fikrinə istədiyin rakursdan yanaşa bilirsən. Sən öz səhifənlə heç kimi yerini dar edə bilmirsən. Burada hərənin öz bərabər yeri var.
Qəti qəbul edilmir ki, kiminsə statusundan istifadə edib özünüzün necə ağıllı olduğunu müəllifə sübut etməyə cəhdlər edəsiniz.
Təəssüf ki, mən də hərdən statuslarıma bəsit, stereotip fikirlər yazan insanların qurbanına çevrilirəm.
Biləsəniz ki, FB tarixində heç kim, heç kimə heç nə sübut edə bilməyib, amma bu mübahisələrdə dost itirənlər çox olub.
Təkrar edirəm, heç kimin yazısı Quran ayəsi deyil. Fikirlərin müxtəlifliyi ziddiyyətə əsas verməməlidir.
Qarşılıqlı hörmət münasibətlərimizin əsası olmalıdır.
Hər FB dostuma ayrılıqda hörmət və ehtiramımı bildirirəm.
Gəlin dostluğumuzu qarşılıqlı qoruyaq!
Bütün hüquqlar qorunur © 2024