Bu günlərdə əgər ömür vəfa etsəydi atam görkəmli alim , kimya elmləri doktoru, professor , Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 1990-1995 il Milli Məclisin üzvü, akademik Rəhimli Ədalət Vilayət oğlunun 83 yaşı tamam olacaq idi. Allah rəhmət eləsin! Kimya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar ekoloqu TƏRCÜMEYİ-HALI Ədalət Vilayət oğlu Rəhimli 1937-ci ildə (3 aprel) Azərbaycan Respublikasının Naxçıvan ş. anadan olmuşdur. 1945-55-ci illərdə orta məktəbdə, 1955-1960-cı illərdə Azərbaycan dövlət Universitetinin kimya fakültəsində oxumuş, hər iki təhsil müəssisələrini əla qiymətlərlə bitirmiş və qızıl medal və fərqlənmə diplomu ilə təltif olunmuşdur. Universitetin 5-ci kursunda oxuyarkən o, ən görkəmli neft-kimya alimi, akademik Y.U.Məmmədəliyevin laboratoriyasına Azərbaycanın EA neft-kimya prosesləri İnstitutuna kiçik elmi əməkdaş vəzifəsinə qəbul edilmişdir. 1960-cı ildə Universitetdə təhsili başa vurmaq üzrə olarkən Rəhimli A.V. SSSR-nin EA kimyəvi fizika İnstitutunun aspiranturasına daxil olmuş və görkəmli kimyaçı-polimerçi alimin, professor A.A.Berlinin rəhbərliyi altında kimya sahəsində tədqiqata başlamışdır. Onun tərəfindən ilk dəfə p-benzoxinonun bisdiazotlaşmış diaromatik birləşmələrlə qarşılıqlı təsir reaksiyası üzrə poliarilenxinonların sintezi metodu işlənib hazırlanmış, bir sıra poliarilenxinonların struktur və xüsusiyyətləri alınıb və müəyyən edilmişdir. Onların əsasında stabil mikrosemixinon radikallar alınıb. Güclü turşulu qruplarla poliarilenxinonlar ilk dəfə son həddə çatmayan oliqoefirakrilatların sintez reaksiyasında hetereqon katalizator – ingibitor kimi tətbiq olunmuşdur. Ə.V. Rəhimli Kimyəvi fizika Elmi Şurasının və D.İ.Mendeleyev adına Kimyacı Cəmiyyətinin diplomu ilə mükafatlandırılmışdır. 1963-65-ci illərdə Ə.V Rəhimli Azərbaycanın EA neft-kimya prosesləri İnstitutunun kiçik elmi əməkdaşı işləyərkən, kimyəvi fizika İnstitutunda elmi araşdırmalarını davam etdirirmiş, 1965 –ci ildə namizədlik dissertasiyasını hazırlamış və elə bu institutun Elmi Şurasında onu müvəffəqiyyətlə müdafiə etmişdir. Ə.V. Rəhimli 1965-69-cu illərdə Azərbaycan SSR-nin kənd təsərrüfatı Nazirliyinin zona təcrübə stansiyasında aqro- və biokimya (Naxçıvan ş.) şöbəsinə rəhbərlik edir. 1983-cü ildə o, Kazan kimya texnologiya institutunda doktorluq dissertasiyasını tərtib etmiş və müvəffəqiyyətlə müdafiə etmişdir. Eyni zamanda bu dövr ərzində onun elmi rəhbərliyi altında 20-dən çox namizədlik dissertasiyası müdafiə olunmuş, elmi məktəb yaradılmış və buna görə də ona professor elmi adı verilmişdir. Alınan elmi nəticələrə əsasən onun tərəfindən 100-dən çox elmi ixtira (buna görə o, “SSSR-nin İxtiraçısı” nişanı ilə təltif olunmuşdur) edilmiş, ABŞ, Yaponiya, Rusiya və Finlandiya patentləri alınmış, ABŞ, Yaponiya, Böyük Britaniya, Rusiya və Azərbaycanın nüfuzlu elmi və tətbiqi jurnallarında çoxsaylı elmi məqalələri dərc olunmuş və Ümumittifaq və Beynəlxalq konqres və simpoziumlarda elmi məruzələr edilmişdir. A.V.Rəhimlinin elmi maraq dairəsi geniş olub. O, Sumqayıt sənaye rayonunun ekoloji problemlərinin həllində fəal iştirak edib. Ə.V.Rəhimli tərəfindən sufanolun istehsalında çoxtonajlı tullantı bazasında işlənib hazırlanmış yeni lak sənayedə öz istifadəsini tapmışdır və lak və boya materialları kimi tikintidə istifadə olunur. Ekologiya problemlərinin həllində onun yorulmaq bilməyən əməyi, ona respublikanın əməkdar ekoloqu fəxri adını verməklə qeyd edilmişdir. 1984-86-cı illərdə Azərbaycan SSR EA-nın rayəsət heyəti Ə.V. Rəhimlini rəhbər qismində Naxçıvan elmi mərkəzinə göndərmişdir. O, qısa zaman ərzində bu çoxprofilli elmi müəssisədə, Naxçıvan Muxtar Respublikasının zəngin təbii resurslarının effektiv istifadə olunması məsələlərinin həlli üçün yönələn, orijinal və faydalı elmi tədqiqatların reallaşması üçün yaxşı şərait və atmosfer yaratmışdır. O, yerli gənc elmi əməkdaşların hazırlanmasına xüsusi diqqət yetirmiş və hazırlanmaları üçün onları SSSR-nin aparıcı elmi-tədqiqat mərkəzlərinə yönəltmişdir. 1994-cü ildə Ə.V.Rəhimli Nyu-York Elmi Akademiyasının həqiqi üzvü seçilmişdir. 1997-ci ildə professor Ə.V.Rəhimli “Kimya” kafedrasının professoru kimi Südçü-İmam Universitetinə ( Maraş ş., Türkiyə) işləməyə dəvət olunmuş və 1999-cu ilin sonunadək orada polimerlərin kimya və fizikasından dərs demişdir. Burada o, həmçinin elmi tədqiqatlara və gənc elmi kadrların hazırlanmasına böyük diqqət yetirmişdir. Onun tərəfindən orijinal çoxfunksiyalı kompleks əmələ gətirən oliqofenolların yeni sintez metodunun yaradılması üzrə yeni elmi mövzunun rəhbərliyi təklif olunmuş və həyata keçirilmişdir. Bu sahədə, onun elmi rəhbərliyi altında bir neçə dissertasiya hazırlanmış və müdafiə olunmuş, çoxsaylı elmi məruzələr və məqalələr tərtib olunmuşdur. 1999-cu ildə Ə.V. Rəhimli Azərbaycana qayıdaraq, öncə aparıcı elmi əməkdaş, sonra isə laboratoriya rəhbəri qismində “Olefinlər” İnstitutuna işə qəbul olunur. Qısa zaman ərzində o, yaxşı təchiz edilmiş və işləməyə qabil olan kimya laboratoriyası yaratmışdır, Azərbaycanın kimya sənayesinin inkişafı üçün çox vacib olan bir neçə elmi və dissertasiya mövzularını təklif etmiş və bir neçə aspirantın dissertasiya tədqiqatlarına başçılıq etmişdir. Professor Ə.V. Rəhimli elmi işlərlə paralel olaraq Respublikanın siyasi-sosial həyatı ilə də maraqlanırdı. 1985-ci ildə o, Naxçıvan MSSR-nin Ali sovetin deputatı seçilir, 1989-cu ildə respublikada milli-azadlıq hərəkatı sıralarına daxil olmuşdur, 1990-cı ildə Azərbaycan SSR-nin Ali Sovet deputatı seçilir və Azərbaycan Respublikasının müstəqilliyini alması məqsədilə fəal mübarizə aparır. Ə.V. Rəhimli öncə sədr, sonra isə müstəqil Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə qrupunun üzvü kimi Budapeştdə, Kopenhagendə, Venada və Ottavada ATƏT-in Parlament Assambleyasının işlərində fəal iştirak etmişdir. Müntəzəm olaraq ATƏT-in Parlament Assambleyasının iclaslarında iştirak edərək Ə.V. Rəhimli Azərbaycanın dinc əhalisinə qarşı saysız-hesabsız müsibətlər törətmiş, Respublikanın çoxsaylı mədəni, tədris, iqtisadi və s. müəssisələrini dağıtmış erməni separatçılarını ifşa etmişdir. O, Respublika üçün əhəmiyyətli olan çoxsaylı təkliflərin ATƏT-in Parlament Assambleyasının əsas sənədlərinə-qətnamələrinə daxil olmasına nail olub.
Bütün hüquqlar qorunur © 2024