Canveten.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın "Ay qız" şeirinə yazılmış şən əhval - ruhiyəli mahnını təqdim edir. Nəzərinizə çatdırırıq ki, məhz bu mahnı 2005 - ci ildə "Muğam müsabiqəsi" - keçirilərkən əmakdar artist Babək Niftəliyevin ifa etdiyi ilk çıxışlarından biri kimi tarixə yazılmışdır. AY QIZ Baxdın gözlərimə, qəlbim alışdı, Bakı, Muğam teatrı. #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
O zərif ürəyin bir daşmı, ay qız?
Bu necə gözlərdi, necə baxışdı,
Zalımlıq heç sənə yaraşmır, ay qız.
Yenə qonaq oldun bizim Vətənə,
Mən qulaq asmadım yoldan ötənə.
Sən də heç inanma gəlib-gedənə,
Desələr o sənə yaraşmır, ay qız.
Sən olan çəmənin bülbülüyəm mən,
Yanağın lalədir, saçın – yasəmən.
Sözlərin tikantək keçir ürəkdən,
Tikan yasəmənə yaraşmır, ay qız.
Gülağa eşqindən dəli-divanə,
Vurulub sənintək gözəl insana.
Sənsiz keçən ömrüm sanki əfsanə,
Sənsizlik heç mənə yaraşmır, ay qız.
Gülağa Tənha (Qənbərov) 23 mart, 2003
Bütün hüquqlar qorunur © 2025