Təqvim
Azay Quliyevdən İctimai şuraların işinə TƏNQİD: “Hamımız biabırçı vəziyyətin şahidi olduq”
06 may 2020 - 12:10

“Cənab Prezident mayın 1-də Baş prokuroru qəbul edən zaman neqativ hallarla, xüsusilə korrupsiya və rüşvətxorluqla effektiv mübarizədə vətəndaşlar tərəfindən ictimai nəzarətin tətbiq olunmasının vacibliyini və önəmini bir daha xatırlatdı”
Bunu Milli Məclisin mayın 5-də keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.
Deputat çıxış edərkən aşağıdakı fikirləri bildirib:
“Gəlin görək ictimai nəzarət mexanizmi nədən ibarətdir və bundan necə istifadə olunur? Bilirsiniz ki, Avropada ən yaxşı ictimai nəzarət mexanizmini özündə ehtiva edən örnək hüquqi bazalardan biri, bəlkə də birincisi məhz 2013-cü ildə “İctimai İştirakçılıq haqqında” qanunu qəbul etməklə Azərbaycanda yaradılıb.
Qanuna əsasən, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdi.
Təəssüflər olsun ki, bu qanun tətbiqində ciddi problemlər mövcuddur.
Birinci heç də bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları belə bir nəzarət mexanizminin yaradılmasında maraqlı görünmürlər.
Qanunun tələbinə baxmayaraq keçən 7 ildə 33 mərkəzi icra hakimiyyəti orqanından yalnız 11-də ictimai şura yaradılıb.
Yerli icra hakimiyyəti orqanında isə vəziyyət heç yaxşı deyil. 80 yerli icra hakimiyyəti orqanının yalnız 5-də ictimai şura təsis olunub.
Mən yerli özünüidarəetmə orqanlarından heç danışmıram. Bələdiyyələrdə ümumiyyətlə bu haqda təsəvvür belə yoxdur. Ona görə də bu gün həmin qurumların fəaliyyətinə effektiv ictimai nəzarəti tətbiq etmək mümkün deyil.
Nəticədə şəffaflıq və real hesabatlılıq arxa plana keçir. Problemləri qabaqcadan önləmək mümkün olmur. Bu cəhətdən 4 rayonun icra başçılarının düşdüyü hamımız biabırçı vəziyyətin şahidi olduq.
Bu baxımdan ictimai nəzarət mexanizminin tətbiqi dövlət məmurlarının birbaşa marağında olmalıdır və onlar ictimai şuraların yaradılmasından çəkinməməli və qanunun tələb etdiyi kimi, bu qurumu yaratmalıdırlar.
İkinci problem mövcud ictimai şuraların yaradılması və onların fəaliyyəti ilə bağlıdır. Əlbəttə ictimai şuraları yaradan bütün qurumların rəhbərlərinə təşəkkür etmək lazımdır. Lakin bəzi ictimai şuraların yaradılmasının mənasını başa düşmək çətindir.
- Belə ki, bir sıra ictimai şuralar formal olaraq yaradılır, yəni müvafiq icra hakimiyyəti özünə yaxın və loyal QHT-lərdən ibarət sanki bir alt qurum və ya lobbi qrupu formalaşdırır. Belə halda onlar necə ictimai nəzarəti həyata keçirə, nöqsanları ictimailəşdirə və ya problemlərin həlli üçün təkliflər verə bilər.
- Bundan başqa, bəzi nazirliklər ictimai şura üzvlərinə qrant verirlər. Bu da doğru deyil və ən azından ictimai iştirakçılıq haqqında qanunun 6.7-ci maddəsinin pozulmasına, maraqların münaqişəsinə və dövlət qurumundan şura üzvlərinin asılı olmasına gətirib çıxarır. Bu da ictimai nəzarətin mahiyyətinə və fəlsəfəsinə tamamilə ziddir.
- İctimai şuraların bir çoxu nə illik hesabat verir, nə ictimai dinləmə və müzakirələr keçirir, nə də yanında fəaliyyət göstərdiyi qurumun işinin təkmilləşdirilmsi və problemlərin həlli istiqamətində təkliflər verir və yaxud hər hansı bir tənqidi hesabatlar lazırlayırlar. Buna görə də bu cür İctimai şuraların varlığı hiss olunmur.
- Bir də İctimai şuraların üzvlüyünə seçkilər şəffaf və rəqabət şəraitində keçirilməlidir ki, ora müstəqil və peşəkar şəxslər seçilə bilsinlər".

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə