Təqvim
Gülağa Tənha "Nələr çəkdiyimi kimsə bilməyir"
02 may 2020 - 13:30

Xeyriyyəçi-şair Gülağa Tənhanın sözlərinə bu dəfə əməkdar artist Bəyimxanım Vəliyeva müraciət edib.

          Karantin dövründə vaxtdan səmərəli istifadə edərək mütailə etməyi də unutmayaq. Tarix boyu bu kimi xəstəlik və müharibələr baş verdikdə ibadətlə bərabər ədəbiyyata, incəsənətə sığınan insanlar daha sağlam qaldıqları təsdiq olunmuşdur: yəni sıxıntı baş verdikdə insanın daxilində sanki boşluq əmələ gəlir və bu sirri bilən, mənəviyyatı qıdalandıraraq, çətin dönəmi, digərlərinə nisbətən daha rahat keçirmiş olur. Gəlin bir qədər düşünmək üçün insana xas "qibtə" hissini qısaca nəzərdən keçirdək. Bu hiss nə vaxt yaranmış olur? Əldə etdiyinə qane olmamaq, şəxsi keyfiyyətlərini lazımınca dəyərləndirməmək, öz həyatından çox digər insanların həyatı ilə maraqlanmaq və bu kimi digər xüsusiyyətlər. Qibtə etdiyiniz qonşu, qohum, tanış və ya kimliyindən asılı olmayaraq istənilən şəxs yaxından tanıyıb, daxilini görsəydiniz bəlkə də tam başqa qənaətə gəlmiş olardınız... Eləcə də çox guman ki, sizə də qibtə edənlər vardır. Odur ki, gəlin şeirləri birlikdə oxuyaq!

 

 

               *    *    * 

Nələr çəkdiyimi kimsə bilməyir,
Kədərdən yükümü bağlayıram mən.
Çox da ki, gözümdə yaş görünməyir,
İçimdə inləyib, ağlayıram mən.

 

Səndən uzaqlarda gülməyib üzüm,
Çəkildi sınağa etibar, dözüm,
Üzünü görməyə həsrətdi gözüm,
Yuxuda ətrini qoxlayıram mən.

 

Bu bahar çiçəklər erkən oyandı,
Ürək həsrət ilə alışıb, yandı.
Səni itirsəmdə xeyli zamandı,
Sevgimi əmanət, saxlayıram mən.

 



Gülağa Tənha yaradıcılığında sanki şair yuxarıda qeyd olunan şeirinin sirrini "Tənhanın öz dərdi var" şeirində açıq aydın göstərmişdir.

 

 

TƏNHANIN ÖZ DƏRDİ VAR

 

Məni xoşbəxt bilənlərə
Ağlayanın dərdi – bir,
Gülənin yüz dərdi var.
Dərdsiz bəndə tapılmaz,
Hərənin öz dərdi var.
Ağanın – ağa dərdi,
Dönüb yumağa dərdi,
Dərdini hara sərdi?–
Dinəmmir, söz dərdi var.
Buludun – dolmaq dərdi,
Çiçəyin – solmaq dərdi,
Közün – kül olmaq dərdi,
Ocağın köz dərdi var.
Dərdi uzaqdan tanı,
Hanı duyğusuz, hanı?..
Dərdsiz bilmə Tənhanı,
Tənhanın öz dərdi var.
20 may, 2002

 


Ədəniyyatda tənqidçilərin yerlərini tutmaq istəməsək də azpress.az saytı Gülağa Tənhanın bir birinə yaxın və əlaqəli şeirlərdən seçmələri oxuculara təqdim edir.

 

 

DƏRDİMƏ

 

Bir qara çalmalı ağı deyərmi
Bu ağca dərdimə, bəyaz dərdimə?
Görəsən,
gözümün yaşı dəyərmi,
Mənasız saydığım dayaz dərdimə?
Dillərə düşübdür söhbətim,
sözüm,
Özümü yandırır alovum, közüm.
Hələ ki, yollardan yığılmır gözüm,
Əlac tapılarmı bu yaz dərdimə?
Bəsdi!
Zamanıdı, dil açasıyam,
Kim deyir Tanrıya əl açasıyam?
Könlümdən biryolluq yol açasıyam,
Göynəyən,
göynədən Araz dərdimə!..
29 may, 2002

 

 

GƏLİR

 

Deyəsən, sıxılır ürəyim bir az,
Deyəsən, bu dünya mənə dar gəlir.
Onsuz da həmişə sevincdən qabaq
Könüllər talayan intizar gəlir.
Səbr elə, kükrəmə, çağlama, axma,
Dünya günahsızdır – yandırıb yaxma,
Ah çəkib göylərin gözünə baxma,
Sənli də, sənsiz də boran, qar gəlir.
Mənə də tanışdı bu hiss, bu duyğu,
Ölümdü ürəkdə sevgi yoxluğu.
Sovuşar dağların qar soyuqluğu,
Çaylar kükrəyəndə ilk bahar gəlir.
Özün öz əlinlə əyil, dər gülü,
Yollar da sıxılır, yola sər gülü.
Çiçəyim, adətdi, təzə-tər gülü
Dərməyə həvəslə nazlı yar gəlir.
Bu da bir qovğadı qollu-qanadlı,
Əzabı – şirindi, qəhəri – dadlı.
Təntimə, darıxma, sənə mən adlı
haqdan qüdrət alan havadar gəlir.
Çiliklə, parçala gümanı burda,
Dağla şəri burda, yamanı burda,
Qurtar tənhalıqdan Tənhanı burda,
Sevgimdən sənə bir ixtiyar gəlir!
Sumqayıt, 04.10. 2004

 

 

TANRI PAYI

 

Saçların dağılıb…
Gül yatağında
uzanıb yatmısan bəlkə indi sən.
Mənim yuxum isə ərşə çəkilib,
Nələr çəkdiyimi hardan biləsən?
Yuxumu qaçıran dəli bir eşqin,
Coşqun harayıdı, çılğın hayıdı.
Ömrümün narahat, vurğun günləri
Mənə göndərilən Tanrı payıdı.
İspaniya, sentyabr, 2001

 

 

SƏNƏ OXŞAYIR

 

Bahar fəsli ləçəklənən
Çiçəklər sənə oxşayır.
Yarpaqlara sığal çəkən
Küləklər sənə oxşayır.
Həsədini çəkən gül də,
Xiffət nəğməli bülbül də,
Yanan-yandıran könüldə
Diləklər sənə oxşayır.
Günəş kimi işıq saçan,
Saf eşqinə nəğmə qoşan,
Çaylar kimi aşıb-daşan
Ürəklər sənə oxşayır.
İspaniya, 1999

 

ardı var...

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə