Azpress.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın qəzəl janrında da yazdığı bir neçə əsərlərini təqdim etdi. Bu dəfəki buraxılışdan etibarən Azərbaycan xanəndələrinin məhz qeyd olunan qəzəlləri könülə xoş ifalarıyla yayımlanmasını nəzərdə tutur. İlk ifaçı əməkdar artist Babəb Niftəliyevdir. Gözü şəhla gözəlim, ayrılığın qan eləyir.
qəzəl: "Gözü şəhla gözəli..."
müəllif (qəzəlxan): Gülağa Tənha (Qənbərov)
* * *
O zamandan bu yana qəlbimi şan-şan eləyir.
Nə qədər yollarına boylanım, ey mahi-taban,
Həsrətin yoxmu sonu, könlümü viran eləyir?
Suların pıçıltısı ismi-əzəmdir, ya nədir,
Nə zamandan bəridir kirimir, tüğyan eləyir.
Qələmimdən savayı heç nəyə gəlmir gümanım,
Tək odur dərdə yanan, təkliyə üsyan eləyir.
Barı yuxumda görüm ki qayıdıb nazlı yarım,
Öz əliylə Tənhanın dərdinə dərman eləyir…
Aprel, 2002
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
Bütün hüquqlar qorunur © 2025