Xeyriyyəçi - şair Gülağa Tənha yaradıcılığının qəzəl janrında yazdığı bir neçə seçmələri təqdim edirik. Ədəbiyyat sevər və xiridarlara məlumdur ki, bu janr da yazmaq olduqca ustalıq və bilgi tələb edir. Azpress.az saytı - bu qəzəlləri ifa edən xanəndələrin çıxışını da yaxın günlərdə yayımlayacaqdır. Gülağa Tənhanın (Qənbərov) seçilmiş qəzəlləri (I hissə) Gözü şəhla gözəlim, ayrılığın qan eləyir. Sentyabr, 2003 Qara röyaları mən sürmə dedim gözlərimə, Çağırın məclisimə hər gecə divanələri, #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
O zamandan bu yana qəlbimi şan-şan eləyir.
Nə qədər yollarına boylanım, ey mahi-taban,
Həsrətin yoxmu sonu, könlümü viran eləyir?
Suların pıçıltısı ismi-əzəmdir, ya nədir,
Nə zamandan bəridir kirimir, tüğyan eləyir.
Qələmimdən savayı heç nəyə gəlmir gümanım,
Tək odur dərdə yanan, təkliyə üsyan eləyir.
Barı yuxumda görüm ki qayıdıb nazlı yarım,
Öz əliylə Tənhanın dərdinə dərman eləyir…
Aprel, 2002
Çağırın məclisimə hər gecə divanələri,
Sinəsi dağlıları, dərd-qəmi kəşanələri.
Dünya öz dərdi ilə baş-başa qalsın, nə qəmim,
Sözüm ilə nura mən qərq edim qəmxanələri.
Neçə bağlı qapının astanası gülşən olar,
Çağıra bilsək əgər insafa dürdanələri.
Ruhu candan eləyən həsrət olub, ey qəmi kəm,
Ruhuna təslim edək can evi viranələri.
Qəhər şam tək əriyər, Tənhası var dərdlilərin,
Yığacaq ətrafına söz ilə pərvanələri.
Ömürümdən üzülən illərə röya dedilər.
Neçə illər bəşərin dərdinə dönmüşdü Kərəm,
Dərdbilənlər yığışıb dərdimə dərya dedilər.
Nə güman eyləmisən el gözünü, el sözünü,
Üzünə şəmsi-qəmər, adına Leyla dedilər.
Səhraları dolaşan Qeysə görə batdı qəmə,
Gördülər rəngi solub, dünyaya səhra dedilər.
Bir Gülağası idim öz elimin, öz obamın,
Sözümə şəhdi-şəkər, özümə Tənha dedilər.
May, 2003
Sözümü-söhbətimi nazlı yara kim deyəcək?
Qəlbimi dağ-dağ edən sitəmkara kim deyəcək?
Abi-leysan tökülən gözlərimə qan sağılıb,
Nələr çəkdiklərimi zülümkara kim deyəcək?
Gecəni gündüz edərdi can alan hər gülüşü,
Gedib, gündüz də mənə olub qara, kim deyəcək?
Ayrılığın gözünə kül ələyərdik, işə bax,
Həsrəti çəkir məni indi dara, kim deyəcək?
Beş arşın ağ ilə mən hüzuruna getsəm əgər,
Son qoyarmı görəsən intizara, kim deyəcək?
Tanrımız Tənhaların bəxtini təzdən yazacaq,
Dərdinə kim qılacaq onda çarə, kim deyəcək?!
Aprel, 2003
Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.
Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.
Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.
Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.
Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.
Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.
Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.
Moskva, 5 yanvar 1998
Hər könül şahlıq edir yari-mehribanı ilə,
Dilinə düyün düşüb, nədir günahı sevgimin?
Qınayanlar olmasa gözlərinə can deyərəm,
Gözlərindi, gözəlim, könül dərgahı sevgimin.
Şəbi-yeldaya taraz eyləmisən hər gecəmi,
Gözümün nuru gedib, gəlmir sabahı sevgimin.
Tanrı qarğışı imiş bilmədim illər uzunu,
Yoxdu yerdə yiyəsi, göydə pənahı sevgimin.
Dərdimin dərmanını tapmağa yoxdu gümanım,
Tənhanın qəzəlləri ola «Segah»ı sevgimin.
Fevral, 2003
Qılığa tutmuşam, gülüm, sən gedəli həsrətini,
Göy üzünü pərdələyən harayı səndən ötəri.
Bəlkə Tanrı qarğıyıb, yaza bilmirəm ömrümə,
Hər günü səndən ötəri, hər ayı səndən ötəri.
Ayrılığın qəsdə durub, gəlməsən viran edəcək,
Küsdürdüyün könül adlı sarayı səndən ötəri.
Gözlərinə tən yaradıb Tanrımız, ey mahi-taban,
Həm Günü səndən ötəri, həm Ayı səndən ötəri.
Tənhalığın ağır dərdi canımdan alır ruhumu,
Bilmirsənmi Gülağa yaşayır səndən ötəri?
May, 2003
Sinəsi dağlıları, dərd-qəmi kəşanələri.
Dünya öz dərdi ilə baş-başa qalsın, nə qəmim,
Sözüm ilə nura mən qərq edim qəmxanələri.
Neçə bağlı qapının astanası gülşən olar,
Çağıra bilsək əgər insafa dürdanələri.
Ruhu candan eləyən həsrət olub, ey qəmi kəm,
Ruhuna təslim edək can evi viranələri.
Qəhər şam tək əriyər, Tənhası var dərdlilərin,
Yığacaq ətrafına söz ilə pərvanələri.
Sentyabr, 2003
Bütün hüquqlar qorunur © 2025