Əvvəla deyim ki,yaxın altı ayda əksəriyyətimiz bu virusa tutulacağıq. Onda karantin nə üçündür?
1. Koronavirusun o biri viruslardan əsas fərqi odur ki,onun yoluxduruculuq qabiliyyəti çox yüksəkdir. Uzun inkubasiya dövrü ilə birlkdə bu ona gətirib çıxarır ki,eyni zamanda çox insan xəstəxanalara müraciət edir. Bax bu kütləvi müraciət bizlərdən təbabəti qat- qat güclü olan İtaliya, İspaniya kimi ölkələrin təbabətini iflic halına saldı və Amerika Birləşmiş Ştatları kimi varlı ölkənin təbabəti də elə bu səbəbdən hal-hazırda böhran yaşayır.
Azərbaycanda karantin bu situasiyada ona görədir ki, bizim insanlar xəstələnsələr də,tədricən xəstələnsinlər az-az xəstələnsinlər, kütləvi xəstələnməsinlər ki, mövcud səhiyyəmiz bunu adekvat qarşılaya bilsin.
2. Biz evdə olduğumuz müddətdə koronavirusla mübarizədə həkimlər təcrübə qazanır,dərmanlar kəşf olunur. Karantində olub gec xəstələnənlər həkimlərin təcrübəsindən,dərmanlardan bəhrələnib tez və fəsadsız sağalmaq şansı qazanacaqlar.
Hamımıza səbr!
Hümbət Həsənoğlu.
Bütün hüquqlar qorunur © 2025