Təqvim
Gülağa Tənha Pul insan həyatında vacib rol oynayır amma...
19 mart 2020 - 14:57

"Pul insan həyatında vacib rol oynayır amma həyatın gözəlliyi özündən sonra qalacaq izin olmasıdır." Gülağa Tənha (Qənbərov)


İnsan addıımladığı həyat yolunda ayaq saxlayıb bir anlıq da olsa düşünürmü? Nədir dünyaya gəlişinin səbəbi? Axı yaradılan, mövcud olan hər bir şey elə belə ola bilməz. Bu var olmanın bir sirri, bir əsası var. Müqəddəs kitab bu sirri açır: Mən insanları və cinləri yaratdım ki, mənə ibadət etsinlər. (Zariyat,56) Nədir bu ibadət etmək? Yalnız gün ərzində Allah qarşısında diz çöküb baş əyməkmi? İnsanın yaşam tərzi, davranışı, ünsiyyəti, ailəsinə, ətrafa, ümumilikdə canlılara münasibəti buna aid deyilmi? Xeyriyyəçi - şair Gülağa Tənha təqdim olunan şeir ilə insanları bir anlıq düşünməyə sövq edir.

Daha ətraflı video linkdə...


Ağlayır dünyaya gələn hər çağa
Bir ömür ev olur, dünya qonağa. 
Üz tutur ruh göyə, bədən torpağa,
Qoyub məzar üstə daş, gedirik biz.

Körpənin səsini eşidir ata
İstər ki övladı ona tez çata,
Ata baba olur, oğulsa ata,
Sevimli gözlərdə yaş, gedirik biz.

Ata qəhərindən ana əriyir,
Oğlusa sevdalı qızlar bürüyür.
Ana nənə olur, beşik sürüyür,
Körpəykən hamıya xoş gəlirik biz.

Sevincdə, kədər də arxada qaldı,
Fələk bir əbədi qələbə çaldı,
Kimi cavan getdi, kimi qocaldı
A Tənha, boş gəlib, boş gedirik biz.

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #valı #şeir #dünya #insan #sual #cavab #Vətən
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə