Hər şairin bir tale yolu, iman yolu var. Şair Gülağa “Tənha bir Tənhadı, Tənhaya baxma, özün gedən yola dön, sevən kimi” deyir. Çünki bu yolun enişini və yoxuşunu keçmək üçün ürək gərəkdi. Yol – Gülağa Tənhanın şeirlərində nəhayətsiz məsafədi, hüdudu, sərhədi bilinməzdi. Şair nə qədər məsafə qət etsə də, nə qədər yol getsə də sona çatmır. Digər tərəfdən, yol vasitədi, qələm adamı üçün metafora – bənzətmə mənbəyidi, obrazdı, Tanrının müqəddəs dərgahıdı. Bu mənada şairin əksər şeirlərində yola müraciət – haqqa müraciətdi. Haqq yolu isə üfüqlərəcən uzanır. “Dağılmaz ümmana, çənə aparır bu yol, saxlayır, dilə tutur, yenə aparır bu yol” (“Bu yol”). İnsan bezikir, yorulub əldən düşür, yol isə usanmır, yorulmur. Ancaq kələfin ucu hərdən itəndə pırtlaşıq, dolaşıq suallar şairi çaşdırmır, cavab axtarmağa təhrik edir: Düzgün qənaətdi. Həyat yolu diz bükür, bel bükür, diş tökür, saç-saqqal ağardır. O zaman ki insanın böyük məramı yoxdur, o, yüksək ideallarnan yaşamır, canında eşq atəşi, sevgi vulkanı püskürmür. “Yorulur” şeirinin axırıncı bəndi həm cavabdı, həm də şairin özünəməxsus çıxış yolu: Düz yaşa, çıxar xətası, Ümumiyyətlə, götürdükdə yol kəlməsi geninə-boluna bu şairin yaradıcılığında işlənir. Bu məfhum isə gah fəlsəfi mahiyyət kəsb edir, gah rəmzi məna daşıyır, gah da mərama çatmaq üçün səmt, istiqamət bildirir. Gülağa Tənha etiraf edir ki, gecə-gündüz yollardadı, dünyanı dörd dolanır: Havada-təyyarədə, yerdə-avtomobildə, suda-gəmidə. Yol olmasa, səfərlər, səyahətlər də olmaz və ömür-gün maraqsız keçər. Bütün bunlara rəğmən, yol şair üçün ali məramdı, yüksək məqsəddi, onun başqa məqamlardan fərqliliyi və özəlliyi elə bundadır. “Ayağa döşənən”, dağa-qayaya dırmaşan, düzənlik boyu uzanan, yorulan, usanan yol-riz Vətən torpağının bir parçasıdır və gücünü, qüdrətini ondan alır. Yeri gəlmişkən, məncə, Gülağa Tənhanın yaradıcılığında vəsf olunan, təhlil və diqqət obyektinə çevrilən isimlərdən bəhs edərkən, yer adlarının üstündən sükutla keçmək mümkün deyil. Bu adlar dilsiz coğrafi toponimlər və terminlər deyil, böyük Azərbaycanın ayrı-ayrı parçalarıdır. Kənd, çay, göl, dağ, düz, qaya, yamac, şəhər, qəsəbə, gədik, zirvə adlarıdır. Onların özəlliklərini və gözəlliklərini şair qəlbindən keçirən müəllif məhəbbətlə, sevgiylə həmin yerləri yad edir, duyğu və hisslərini həyəcanla kağıza köçürür. Əslində müəllifə görə, o tarixi yerlərin hər biri tənhadır, Vətənin – Azərbaycanın adında isə birləşir, tamlaşır, bütövləşir, daha böyük əzəmətə minir. Ağacəfər Həsənli, Birinci hissə: http://azpress.az/index.php?lang=az§ionid=news&id=94073
Haradı insanın yönü,
Yoxsa çınqıllıqdı sonu?
Açılmır yolların donu,
Güc tükənir, diz yorulur.
Əyri yol – cəllad baltası.
Sevgi dözümdü – qadası,
Sevməyənlər tez yorulur.
ardı var...
şair, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
Bütün hüquqlar qorunur © 2024