"Hənifə bulağından su içmişəmsə, bu torpağın havasını udmuşamsa bu ömürlük mənim canımda qanımda qalacaq, həmin o ruhda qalacaq." Gülağa Tənha I - hissə. Şair Gülağanın Tənhalığı Qədim təsəvvüf fəlsəfəsinə görə, əsl şairlər haqq aşiqləridir və onlar peyğəmbərlərdən sonra Allaha ən yaxın yaradıcı bəndələrdir. Uca Tanrı vəhyi seçilmiş elçilərinə verdiyi kimi, ilhamı da şairlərə verib. Ta qədimdən ilahi eşq yolçuları tənhalığa, təkliyə, yalqızlığa (yəni inzivaya) çəkilməklə Allahı vəsf etmiş, özünəqapılmaqla dəruni sevgisini bildirmişlər. Tənhalıq haqqın adıdır və Allaha qovuşmanın simvolik hikmətidir. Bu mənada son vaxtlar şeirlərini maraqla oxuduğum şair, ədəbiyyat təəssübkeşi, iş adamı Gülağa Tənhanın nə üçün tənha təxəllüsünə sığındığını, bu imza altında şeirlər yazıb çap etdirdiyini, məşhurlaşdığını anlamaq olar. Yarpaqları saralan, Klassik Azərbaycan folklor şeirinin ən dərin qatlarından süzülüb gələn bu gəraylı formasında yazılan duru bənddə zahirən nə Vətənin adı çəkilir, nə də əzəməti vəsf olunur. Ancaq misralarda tənha bir ürəyin çırpıntılarını, dağ boyda həsrətin döyüntülərini eşitməmək, görməmək mümkün deyil. Simvolik mənada götürsək, o böyük ağac Vətəndir, o budaqlar biz insanlarıq, o saralan yarpaqlar itirdiklərimizdir. “Vay halına” adlanan gəraylı təklənmiş, tənhalaşmış ana yurdumuzun hüzünlü odasıdır. Sevindirici və rahatlıq doğuran haldır ki, bu cür dolu misralar Tənha ləqəbli şairin yaradıcılığında bol-boldur, çeşid-çeşiddir. ...Mən yolunda yanar şam, “Ağla” – üç bəndlik lirik şeir deyil, adamın ruhunu dara çəkən, o dünyaya aparıb-gətirən, dərdinə sehirli güzgü tutan ağı-nəğmədir. Tənha bir aşiqin qəlb sızıltıları, hətta son məqamda “ağlamağı bacarsan” harayları, çıxılmazlığın acı fəryadları kəlmə-kəlmə, söz-söz, misra-misra cana-qana işləyir. Əslində bu ağlamaq bədbinlik, ruhi düşkünlük deyil, bəlkə də ən yüksək nikbinlik-optimizmdir. Bu ali mərtəbəyə yetişmək, gəlib çıxmaq aşiqdən böyük səbr, təmkin tələb edir. Sözün adi qatlarında zərifcəsinə cahanı seyr eləmək, at oynadıb meydangərlik bacarığı, heç bir əllaməçiliyə yol vermədən fikrini muncuq kimi misra sapına düzmək səriştəsi müəllifin ana dilli şeirimizə bağlılığının, vurğunluğunun təzahürüdür. ...Neçə cığır, iz qalıb, ...Yola baxan, izə baxan, Birincisində (“O tənha kənd mənimdi”) Gülağa Tənha yaşadığımız zəmanənin sosial probleminə çevrilən, doğma insanları, yurd yerini atıb gedən, ata ocağını kor qoyan, üzü dönük, necə deyərlər, qəlbisönük cavanları ittiham edir. Əgər doğulduğun yerin xiffətini çəkmirsənsə, kəhriz-bulaq yadına düşmürsə, üşüyən odsuz-alovsuz təndiri xatırlamırsansa, deməli, ömrün-günün mənasız ötüb. Əmdiyin ana südü, yediyin çörək haramdı. O “bağlı qapılar” bir “dəli intizar”la göyərən yollara gözünü zilləyib. Lakin “talana aldanan, yalana aldanan o tənha kənd” bacadan burulan tüstüsüylə “tutqun sabaha baxır”. Kimsəziləşən, təklənən, tənhalaşan kəndin isə aydın sabahı açılmır. #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
Azpress.az - saytı Xeyriyyəçi - Şair Gülağa Tənhanın (Qənbərov) beş cilddən ibarət Seçilmiş əsərləri haqqında Ağacəfər Həsənlinin yazısını təqdim edirik.
Gülağa Tənhanın beş cildinə (üç cild şeir və poemalar, iki cild nəsr – müəllif) toplanan şeir və poemalar bənd-bənd, beyt-beyt, misra-misra böyük Azərbaycan sevgisiylə, Vətən eşqiylə, insana məhəbbətlə yoğrulub. Şair haçan ki, doğma torpağından uzaqdır, harda ki, hürufi Nəsimi demişkən “laməkandır”, həsrət içini doğrayıb tökür, hicran siyirməqılınc üstünə şığıyır, duyğu və düşüncələrinə qəlb rahatlığı vermir. Bu sevgi zahiri sevgi deyil, içdən gələn batini sevgidir. Sovet-Əfqanıstan müharibəsində iştirak edən, taleyin hər üzünü görən, Qarabağ savaşında tökülən qanlara acıyan, çağdaş dünyanı cənginə alan od-alovla, ölüm-itimlə barışmayan bir şair Vətəninin üstündə əsim-əsim əsir, sabahından nigarandır. Bax, Gülağa Tənhanın tənhalığı məhz onun nigarançılığında, həsrət yükü çəkməyində, dərdlə-sərlə baş-başa qalmağındadır.
Budağın vay halına.
Piltəsi yağsız qalan,
Çırağın vay halına.
Budur, doğma Vətəninin bir parçası, şairin doğulduğu Ərkivan kəndi (Masallı rayonu) barədə Gülağanın ərkyana yazdığı misralar: “Tənhası olmasa dünya nə bilər, Tənhanın sevdiyi Ərkivan nədir?”... Gülüğa Tənhanın təbirincə “Şair Allahlaşır qafiyələrlə, Tanrı qüdrəti var misralarında” (“Şairin şairə xeyirxahlığı”) – bu poetik inama şübhən qalmır. Və yaxud “Daş yağar” şeirində ifadə olunan fikir o qənaəti hasil edir ki, xeyirli niyyət həmişə bəd niyyətdən və rəftardan ucada durmalı, ləyaqətsizliyin biri başa keçməməli, nanəcib nəcibi sındırmamalı, mərd mərdliyində daim qalmalıdır. Əgər haqqın yerini nahaqq tutursa, ədalətin pərsəngi pozulursa, həqiqətən onda adamın başına göydən “daş yağar”. “Arazın üstüylə gedən piyada”, “Yolları açın”, “Bircə təsəllim var”, “Sonuncu yarpaq”, “Bir sən idin, bir də mən”, “Qaldı”, “Xəyal”, “Məhəbbət görüm”, “Sındırır”, “Yoxdu” kimi nümunələrdə həsrət də var, ayrılıq da, göz yaşı da. Ümid-inam isə Tənha şairin pənahıdır, sanki əbədi yol yoldaşı, sirdaşıdır.
Sən gedəli durmuşam.
Göz yaşını bu axşam,
Yanağıma sər ağla.
Bağlı qapı açarsan,
Təntiyərsən, qaçarsan.
Ağlamağı bacarsan,
Tənhadan betər ağla.
Şairlik – tənhalıqdır, təklikdir. Heç bir şair deyə bilməz, imanını yandırmaz ki, oturub adamların içində özünə qapılır, şeir yazır. O silahla savaş aparmır, söz mücadiləsi, müharibəsi aparır və həmişə, hər vaxt da bu davadan ya qalib ayrılır, ya məğlub duruma düşür. Çünki əsl yazar üçün qələminin itiliyi qılıncının kəsərindən daha əfzəldir. “Dağlarda”, “Alın yazısı”, “Bu kənd məni tanımadı”, “Oldum”, “Nə gəzir”, “Tükənmir”, “Şair”, “Çəkir”, “Bir çəmən çiçək”, “Sənə oxşayır”, “Çırağın olummu?” kimi həzin lirik parçalar da zahiri təmtəraqdan, gurultudan uzaqdır. Adidə adını görmək, sadədə sadəni axtarıb tapmaq. Bu şeirlərin fəlsəfəsi bundan ibarətdir və Gülağa Tənhanın poetik çeşməsi qidasını sözün alt qatlarından alır. İlk növbədə həmin poetik notlarda “dünyanın əşrəfi” (Nizami Gəncəvi) sayılan insana ehtiram var. Və bu ehtiram, şərə qarşı üsyan dahi sufi Mövlanə Cəlaləddin Ruminin məşhur fikrini yada salır: “Bu dünyada sevgiyə dair nə varsa, mən də orada varam. Savaşa dair nə varsa, orada mən yoxam”.
“Tənha” təxəllüsü bəzən şairin özünü vadar edir bu maraqlı imza haqqında düşünüb-daşınmağa. Axı, “həsrətin qəm yükü ürəyinə yüklənəndə”, “ölümə nə var ki, sevən insana bir soyuq baxış da ölüm kimidi” dilemması çıxılmazlıq yaradanda, “Mənim inamımı güllələdilər” harayı göyə bülənd olub yüksələndə, Qarabağ müharibəsinin veteranına müraciətən “Üzünü yandırdı iki damla yaş, sənin sağ əlində əsa görəndə” qübarı kövrəldəndə, söz şairi “Nə müddətdi ayrılmışıq, illər məni dara çəkir” məntiqinə gətirib çıxarır. “O tənha kənd mənimdi” və mövzu etibarı ilə ona yaxın, ancaq məna-məzmun baxımından həmin poetik nümunəni təkrar eləməyən “Tənha idi” şeirlərinin hərəsindən bir parçaya diqqət yetirək:
Növbəsiz kəhriz qalıb...
Təndir çörəksiz qalıb,
O tənha kənd mənimdi.
Dağa baxan, düzə baxan,
Darıxanda gözlərini
Xatırladan gözə baxan
Tənha idi.
İkinci şeir (“Tənha idi”) sanki bir tənha şairin sevgi nağılıdır. Bu sevda həsrəti nə qədər qəlbini dağlasa da, “ayın sarı saçaqları ayağına dolaşsa da”, ümidsizliyə qapılmayıb, vaxt tapıb “ovundurub qəhərini”. Həmişə eşq yolunda vuruşan, “qəmi ilə, dərdi ilə pıçıldaşan Tənha” həmin həyat nağılının baş qəhrəmanıdır. Beləliklə, Gülağa Tənha tənhalığa qovuşmaqla sevgisində, həsrətində, iztirabında, qüssəsində, sevincində bir sufi ənənəsinin ardıcılı və daşıyıcısı kimi vahid, təkbir Allahına qovuşur. Eyni zamanda Allaha qovuşmaqla həm də özünə qovuşur, özünəqovuşmaya isə şair birdən-birə deyil, tədricən çatır. Özünü söz-söz, misra-misra ələk-vələk eləyib tapandan sonra.
Bütün hüquqlar qorunur © 2025