Təqvim
Mehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır Süleyman İsmayılovun qeydləri
18 fevral 2020 - 16:56

"Azərbaycanın bugünkü nailiyyətlərinin qazanılmasında ölkədə yeni təsis olunan və artıq özünü ölkə həyatının mühüm qollarından biri kimi təsdiq etmiş vitse-prezidentlik institutu da mühüm rol oynayır. Azərbaycan xalqının xüsusi hörmətini və etimadını qazanmış Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bunun çox uğurlu bir yenilik olduğu öz təsdiqini tapıbdır".
Bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunmasından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd olunub.
Onun sözlərinə görə, ölkənin Birinci vitse-prezidenti artıq bir çox mühüm yeniliklərin təşəbbüskarına çevrilib:
"Mehriban xanım Əliyevanın gördüyü işlər son dərəcə əhatəli və vacibdir, ölkəmizin iqtisadi inkişafına, bir çox vacib sosial problemlərin həllinə, xarici ölkələrdə həyata keçirilən humanitar layihələr vasitəsilə mövqelərimizin gücləndirilməsinə, bütövlükdə ümumi işimizə verilən böyük töhfədir. Təsadüfi deyildir ki, Azərbaycan vətəndaşları bir çox problemlərinin həlli üçün ona müraciət edir və haqlı tələblərinin əksəriyyətinə müsbət cavab ala bilir, zəruri yardımlar əldə edirlər".
PA-nın şöbə müdiri qeyd edib ki, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, onun dünyada siyasi nüfuzunun gücləndirilməsində də böyük xidmətləri danılmazdır:
"Nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda, özünü qətiyyətli, güclü ictimai-siyasi və dövlət xadimi, güclü şəxsiyyət, ən işgüzar birinci xanım kimi tanıtmış bu yorulmaz insan tükənməz enerji ilə çalışaraq mühüm dövlət işlərini vətəndaş, ailə qayğıları ilə uzlaşdıra bilmiş, elm və sənət adamının da, din xadiminin də, əsgər və zabitin də, sıravi insanın da ümid və pənah ünvanına çevrilmişdir. Onun ötən il etdiyi 8 xarici səfəri, keçirdiyi 30-dan çox görüşü, ölkədə 12 mərkəzin açılışında iştirakı və gördüyü misilsiz işlər müqabilində aldığı mükafatlar buna sübutdur. 2019-cu ilin avqustunda Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri təkcə onun üçün deyil, bütün xalqımız üçün əlamətdar hadisə oldu. Həmin səfər zamanı onun Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi, iyul ayında Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında BMT-nin Baş katibinin müavini Liu Cenmin tərəfindən BMT-nin rəqəmsal idarəetmənin inkişafı sahəsində xüsusi mükafatının təqdim olunması, daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətdir. Ancaq Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqımızın ona bəslədiyi sonsuz inam və tükənməz məhəbbətdir".
S.İsmayılov bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, mədəniyyət və incəsənətinin dünyaya tanıdılmasında, ölkəmizdə keçirilən böyük humanitar və idman tədbirlərinin təşkilində mühüm rol oynayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların problemlərinin həllində, onların müraciətlərinə daha diqqətlə baxılmasında var qüvvəsi ilə çalışır:
"Məhz onun təşəbbüsü, habelə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın yaxından köməyi və iştirakı ilə respublikada böyük humanitar tədbirlər keçirilir, ehtiyacı olan insanlara dəstək və yardımlar göstərilir, insanların öz qabiliyyətini və işgüzar potensialını üzə çıxarması üçün bir-birindən uğurlu layihələr reallaşdırılır. Belə tədbirlərin təkcə respublika daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da keçirilməsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi kimi tarixi hadisələr barədə dünya ictimaiyyətinə obyektiv məlumat verilməsi daim müsbət qiymətləndirilir. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bu qəbildən olan digər insanların həyat şəraitinin yaxşılaşdırılması, onlara qayğının gündən-günə artırılması xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır". 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə