Təqvim
Gülağa Tənha " Barmaqların hikməti "
10 fevral 2020 - 12:34

"Gülağa Tənha düşüncəsi" - yayımında bildirdiyimiz kimi, bu dəfə sizə şairin internat məktəbində, əl işlərindən ibarət rəsm əsərlərinə baxıb, təsirlənərək, yazdığı şeirlərdən birini təqdim edirik. Novruz bayramı ərəfəsi, bu görüşdə, hamını heyrətləndirən bir hadisə baş verir: həmin gün internat məktəbində şairin yanında yazıçı dostu Əlibala Hacızadə də olur. Bir neçə ildən sonra, yazıçı o hadisəni olduğu kimi danışır. Bu video çarxı yaxın vaxtlarda Canveten.az - saytın izləyicilərinə təqdim edəcəyik. İndi isə " Barmaqların hikməti" adlı şeiri ixtiyarınıza veririk.  

 

 

BARMAQLARIN HİKMƏTİ

Görəsən, bu qızcığaz
dərdmi çəkir, İlahi?
Özü Günəşdi, ancaq
Günəş çəkir, İlahi!
Eşidəmmir kardı o,
danışammır laldı o,
Bu anımda ömrümə
bir dərddi, məlaldı o.
Odu da əlləridi,
közü də əlləridi,
Günəş çəkir, dili də,
sözü də əlləridi…
Çəkir, öz dünyasının
Günəşini çəkir o,
Çəkir, söz dünyasının
atəşini çəkir o.
Hələ bizə çatmayan
söhbəti, sözü gülür,
Onun barmaqlarında
dünyanın üzü gülür…


Bakı, Uşaq evi, 18 mart 2005

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə