Təqvim
Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Xəmsə"sinin təqdimatı keçirilib (+FOTOLAR)
18 oktyabr 2019 - 12:25

Canveten.az xəbər verir ki, oktyabrın 10-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi şair Nizami Gəncəvinin özbək dilinə tərcümə  olunmuş Xəmsəsinin təqdimatı keçirilib.

Vəsait Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki tərcümə bürosu tərəfindən tərcümə edilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın professoru Qənirə Paşayeva, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva, Özbəkistandakı Heydər Əliyevadına  Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan Yazıçılar Birliyinin üzvü, publisist Babaxan Şərif, şairə Xasiyyət Rüstəmova, tarixçi- publisist Şöhrət Barlas, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mərasimi muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Nizami Xəmsəsinin yeni təntənəsi mövzusunda  məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, XII-XIII əsrlərdə yaşamış dahi Nizami Gəncəvinin irsi hər zaman dünya ədəbi-elmi fikrinin diqqət mərkəzində olub, tükənməz xəzinə kimi qorunub saxlanılıb. R.Hüseynov Nizaminin öz yaradıcılığı ilə fars dilini ən yüksək mərhələyə qaldırdığını, lakin bütün əsərlərində türkçülüyün nəfəsinin hiss olunduğunu vurğulayıb.

XIII əsrdə Hindistanın türk əsilli böyük şairi Əmir Xosrov Dəhləvi tərəfindən Nizaminin Xəmsəsinə cavab yazıldığını deyən R.Hüseynov bununla Nizamişünaslığın əsasının qoyulduğunu, sonrakı dövrlərdə bir çox tanınmış ədiblərin dahi şairin poemalarına müraciət etdiyini bildirib. Akademik həmin ədiblərdən görkəmli özbək şairi Əlişir Nəvainin Xəmsəsinin xüsusilə fərqləndiyini və onun Nizami Gəncəvinin əsərlərini yeni mərhələyə qaldırdığını diqqətə çatdırıb.

Özbəkistan elmi-ədəbi ictimaiyyətində Nizaminin daim xatırlandığını və sevildiyini deyən məruzəçi bildirib ki, Daşkənd şəhərində yerləşən Dövlət Pedaqoji Universiteti 1936-cı ildən dahi azərbaycanlı şairin adını daşıyır. Təqdimatı keçirilən kitabın Camal Kamal tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini diqqətə çatdıran akademik nəşrin bir çox ölkələrin elmi mərkəzlərinə göndəriləcəyini söyləyib. R.Hüseynov, həmçinin Nizaminin divanının nəşrə hazırlandığını və çap olunduqdan sonra özbək dilinə tərcüməsinin nəzərdə tutulduğunu vurğulayıb. Bundan əlavə, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Slovakiyada özünün yazdığı müqəddimə ilə işıq üzü gördüyünü xatırladan alim şairin digər əsərlərinin də slovak dilində nəşrinin planlaşdırıldığını deyib.

R.Hüseynov, o cümlədən hazırda Əlişir Nəvainin Xəmsəsinin filologiya elmləri doktoru Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini bildirib.

Sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, mərkəz 2013-cü ildə fəaliyyətə başlayıb və ötən dövr ərzində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına dair 60-dan artıq kitab özbək dilinə tərcümə olunub. Nizaminin əsrlərdir poemaları ilə bəşəriyyəti fəth etdiyini deyən S.Abbasov yeni nəşrin iki xalq arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcəyini bildirib.

Tədbirdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin Nizami və özbək ədəbiyyatı və şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarovun Nizami əsərlərinin  təbliğində tərcümənin rolu mövzusunda məruzələri dinlənilib.

Mərasim öz işini çıxışlarla davam etdirib.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə