Təqvim
“TÜRKSOY” Hidayəti “Onur” qızıl medalı ilə təltif etdi
05 oktyabr 2019 - 13:55

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hidayət Orucov türk dünyası mədəniyyətinə əvəzsiz xidmətlərinə görə Uluslararası Türk Mədəniyyəti Təşkilatının (“TÜRKSOY”un) ən yüksək mükafatına – “Onur” qızıl medalına laiq görülüb.

Modern.az Qırğızstanın xəbər agentliklərinə istinadən bildirir ki, qızıl medalı  “TÜRKSOY”un 7 dildə nəşr etdiyi şairin “Günaydın, Türk Dünyası" şeirlər toplusunun təqdimat mərasimində  Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov təqdim edib.


Alıkul Osmonov adına Qırğız Respublikasının Milli Kitabxanasının böyük salonunda baş tutan təqdimat mərasimində QR Prezident Aparatının və Hökumətinin rəsmiləri,  Joqorku Keneşin (Parlamentin) deputatları, səfirlər və digər diplomatlar, ictimai xadimlər, ziyalılar, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.


Tədbirdə çıxış edən Qırğızstanın TÜRKSOY-dakı daimi nümayəndəsi, xalq şairi Kojageldi Quluyev, Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, QR Prezidentinin Joqorku Keneşdə nümayəndəsi, Prezident Aparatının rəhbərinin müavini Kurmanbek Diykanbayev, Milli Kitabxananın direktoru professor Ulduz Bakaşova, Qırğızstanın müstəqillik aktını qəbul etmiş “əfsanəvi” parlamentinin (Qırğızstanda bu parlamenti belə adlandırırlar) spikeri Medetkan Şerimkulov, Rusiya Federasiyasının Qırğız Respublikasında səfiri Nikolay Udoviçenko, Qırğızstanın xalq yazıçısı Mar Bayciyev, xalq şairi Omor Sultanov, Qırğızstan Xalq Assambleyası Şurasının sədri akademik Abdıqanı Erkebayev, şair, tərcüməçi Jediger Salayev, Qırğızstan Milli Yazıçılar Birliyinin sədri Nurlanbek Kalibekov, Türkiyənin Qırğızstanda Səfirliyinin mədəniyyət və məlumat müşaviri Nuri Şimşekler, Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının direktoru Yevqeni Kuznetsov türk xalqlarının mədəniyyətlərinin təbliğində, qarşılıqlı zənginləşməsində əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.


Tədbir konsert proqramı ilə davam edib.


Tədbirdən sonra Milli Kitabxananın foyesində Hidayət və Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov yazıçının yaradıcılıq yollarını əks etdirən sərginin açılış lentini kəsiblər. Sərgidə Hidayətin müxtəlif dillərdə nəşr olunmuş çoxsaylı kitabları ilə yanaşı, Azərbaycanın digər görkəmli yazıçılarının əsərləri, həmçinin tariximizi, ölkəmizin həqiqətlərini, mədəniyyətini əks etdirən kitablar yer alıb.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə