Təqvim
MEK-ə professor Zümrüd Dadaşzadənin kitabları təqdim olunub (+FOTOLAR)
28 sentyabr 2019 - 01:56

Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına (MEK) Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə tərəfindən müəllifi olduğu “Ədilə Hüseynzadə”, “Azərbaycan simfoniyası” və “Elnarə Dadaşova” adlı kitablar təqdim olunub.

“Ədilə Hüseynzadə” adlı kitabda peşəkar bəstəkar və görkəmli pedaqoq, Azərbaycanın ilk qadın bəstəkarlarından biri, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin zəngin həyat və yaradıcılıq yolu işıqlandırılıb və sənətkarın Azərbaycan musiqisi tarixində tutduğu şərəfli yerə, musiqi üslubunun özünəməxsus cəhətlərinin tədqiqinə xüsusi diqqət yetirilib.

“Azərbaycan simfoniyası” adlı kitabda 1960-80-ci illər Azərbaycan simfoniyasının başlıca inkişaf istiqamətlərindən bəhs olunur. Kitabda ilk növbədə silsilə, janr və formaca orjinal əsərlər təhlil olunur, muğam və simfonizmin qarşılıqlı münasibətlərinin yeni mərhələsi üçün səciyyəvi cəhətlər aşkarlanır, simfoniyaya müasir teatr, kino dramaturgiyası və leksikasının təsirindən söz açılır.

“Elnarə Dadaşova” adlı kitabında isə müəllif bəstəkar Elnarə Dadaşovanın bəstələdiyi əsərlərini şərhləndirir.

Bu kitablarla yanaşı Z.Dadaşzadənin atası, görkəmli ədəbiyyatşünas alim Araz Dadaşzadənin kitabı da MEK-ə təqdim olunub. Kitabda Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyası verilib. Monoqrafiyada poetik ədəbi irsimizin mühüm hissəsini təşkil edən lirikanın inkişaf qanunauyğunluqları, məzmununun rəngarəngliyi, forma xüsusiyyətləri, ədəbi metod məsələsi araşdırılıb, həmin dövr poeziyamızın orta əsrlər ədəbi prosesində yeri və əhəmiyyəti müəyyənləşdirilib. Kitabda həmçinin A.Dadaşzadənin müxtəlif illərdə dövri mətbuatda nəşr edilən məqalələri də yer alır.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə