“Bu ailədə baş verənlərdən xəbərdar olmuşam”

Təqvim
“Bu ailədə baş verənlərdən xəbərdar olmuşam”
20 sentyabr 2019 - 17:08

AXCP sədri Əli Kərimli müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərlə bağlı açıqlama yayıb. 

“Qafqazinfo”nun məlumatına görə, partiya sədri bununla bağlı feysbukda bildirib ki, müavini Fuad Qəhrəmanlının ailəsində yaşananlar hamını məyus edib: “Kaş ki, bunlar olmayaydı. İndi həqiqətlə yalan qarışıb bir-birinə, emosiyalar gərgindir. Baş verənlərdən səmimi şəkildə nəticə çıxarmaq istəyənlər də, yaranmış vəziyyəti özü üçün fürsət bilənlər də var. Baş verənlər və sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı fikirlərimi sizlərlə tezislər şəklində paylaşıram.

- Əvvəla, Fuad bəyin ailəsində olmuş münaqişə bugünlərdə baş verən hadisə deyil. Mənim bildiyim qədər, onların arasında ailə münaqişəsi 4-5 il bundan qabaq baş verib və o zaman da həll ediblər. Həm Fuad bəyin, həm də Zümrüd xanımın yaxını kimi o zaman ailə münasibətlərində baş verənlərdən (özləri danışdıqları həddə) xəbərdar olmuşam. Qarşılıqlı hörmət və güzəştlə münasibətləri yoluna qoymağı təklif etmişəm. Heç cür mümkün olmayacağı təqdirdə sivil qaydada ayrılmağın son seçim olduğunu demişəm. Sadəcə, tövsiyə verməkdən başqa hansısa təsir mexanizmim yoxdur. Fakt budur ki, həmin mübahisələrdən sonra Zümrüd xanımla Fuad bəy 4-5 ildir ki, birlikdədirlər, ailədirlər. Onları mən zorla birlikdə saxlamamışam. Özləri bu qərarı veriblər. Fuad bəy həbsdə olduğu müddətdə Zümrüd xanım onu ardıcıl olaraq, ən yaxın şəxs kimi müdafiə edib. Fuad bəy azadlığa çıxandan sonra ailədə hər hansı problem yaşanmayıb. Ən azı mən eşitməmişəm. Deməli, onları birləşdirən səbəblər, ayıran məqamlardan çox olub. Fuad Qəhrəmanlının ailəsində baş verənləri şərh edən zaman onu da nəzərə alın ki, Fuad bəy və Zümrüd xanım bu gün də birlikdədirlər, bir ailədirlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə