Təqvim
Gülağanı - Tənha qəbul etmərəm...
18 sentyabr 2019 - 20:46

Redaksiyadan:

Bəlkə də, bu şeir bəziləriniz üçün, tələb olunan səviyyədə o qədər də, güclü deyil. Amma, burada bir əsas mahiyyət var ki, bu da ürəkdən gələn sözlərin axınıdır. Əkər , kimsə kiməsə öz pərəstişini bu və ya digər formada biruzə verirsə, əlbətdə ki, bunun nəyi pisdir. Bu nöqteyi nəzərdən, tanınməş adamlarin həyat və yaradıcılığının vurğunu olanlardan ibarət qruplar yaranir ki, bunlar da bir müddətdən sonra həmin sevilən şəxsin fanatları adlanır. Bu gün biz, bunlardan birinin , tanınmış şair Gülağa Tənhaya həsr etdiyi, şerini Sizlərə təqdim edirik. UNUTMAYIN: Redaksiyamızın poctu, hər zaman Sizlərin də üzünə açıqdır...

 

***

 

Sizlər və biz Gülağa Tənha haqqında nə qədər yazsaq da onun iç dünyasının bir parçasını ancaq çözə bilərik.Mən ONU bir şair, yazıçı, öz sənətini yüksək səviyyədə bilən, Əsl Azərbaycan vətəndaşı-Vətən üçün hətta ölümə gedən biri kimi tanıyıram.Çox sadə, alicənab , zəhmətkeş, qayğıkeş bir vətəndaşdır.Bizdə orta məktəbi tikdirəndə o, sement qarışdırmağa kömək edəndə mən sanki ayıldım, və ona aşağıdakı seiri yazdım. 

Afəddin

 

Daha bu dünyadan ümüd üzmərəm,
Vardır Tənha təki Vətənə yanan.
Nə qədər hisslərə qapansaq da biz,
Vardır Vətən dərdin öz dərdi sayan!

 

Belə səviyyəyə yüksəlib çıxmaq,
Gəlməsin kimsəyə çox sadə, asan.
Bunu məndən qabaq Sədi də deyib
"Görmədik düz yolda yolunu azan!"

 

Nahaqlar haqları üstələyəndə,
Bezirəm inan ki, mən də dünyadan.
Bunları yazıram , başa düşənə,
Hər şeyin yaxşısın bilir Yaradan!

 

Nədən yaranmışıq ora dönürük,
Cismimlə ruhumu kimdir ayıran?
Xoşbəxt ol kəsdir ki, yaxşı işindən,
Apara oraya ömür payından!

 

Ucaltdın qəlblərdə elə abidə ,
Qoparmaz zərrəsin qopsa da tufan,
Biz köçüb getsək də bu yer üzündən,
Yazdığın tarixi unutmaz zaman!

 

Sizin qəlbinizin bu genişliyin,
Tanrı vermiş sizə özündən nişan!
Heç zaman unutmaz sizi bu millət,
Nə qədər mövcuddur,bu Azərbaycan!

 

Gülağanı - Tənha qəbul etmərəm,
Qəlbən vardir ona bir sirdaş olan.
Sizi ömrü boyu unutmayacaq.
Bir kəndli balası,bir sadə oğlan!


(Afəddin Duyğu) Masallı, Təzəkənd kəndi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə