Təqvim
Humanitar Elmlər Bölməsinin iclası keçirilib (+FOTOLAR)
17 sentyabr 2019 - 01:09

Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölmə üzvlərinə ümumi yığıncaq barədə ətraflı məlumat verib. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək həyata keçirilən tədbirlərdən danışan akademik İsa Həbibbəyli bu istiqamətdəki nəşrlərin əhəmiyyətindən söz açıb. Vitse-prezident ölkə başçısının sərəncamları ilə görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev və Məmmədcəfər Cəfərovun 110 illik yubileyləri çərçivəsində görülən və nəzərdə tutulan işlərdən danışıb.

Bugünkü iclasda bölmənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayan akademik İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna namizədlərin öz qabaqcıl elmi tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə fərqlənən alimlər olduqlarını bildirib. Alimlərin öz institutlarının elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürüldüyünü deyən akademik səsvermənin nəticələrinin Humanitar Elmlər Bölməsinə daxil olduğunu xatırladıb.

Bölməyə təqdim olunan sənədlərə baxılması məqsədilə texniki ekspertiza komissiyasının yaradıldığını deyən akademik HEB-in bugünkü iclasında gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.

Daha sonra Ümumi yığıncağın sədri akademik Möhsün Nağısoylu,  ekspertlər komissiyasının sədri Muxtar İmanov və tərkibi seçiliblər.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.

Səsvermədə 20 bölmə üzvündən 14-ü iştirak edib.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə