Təqvim
Mehriban Əliyeva - Xalqa xidmətin möhtəşəm nümunəsi
27 avqust 2019 - 15:26

Üç il öncə Azərbaycan xalqı referenduma getdi: Konsititusiyaya təklif olunan dəyişikliklər həm dövlətin gələcəyi, həm də xalqın bizi gözləyən gələcəkdə necə yaşamasını müəyyən edirdi. Və xalq öz gələcəyini seçdi. Dəyişikliklər arasında ən vacib məqamlardan biri isə Azərbaycanda vitse-prezidentlik institutunun təsis edilməsi idi. Bu, Azərbaycanın dövlətçilik tarixində yeni reform olmaqla yanaşı, dövlət idarəçiliyinə yeni modelin gətirilməsi deməkdir. Əsas düşündürücü məqam isə bu idi: Birinci vitse-prezident kim olacaq?

Çünki bu yükü daşıyacaq şəxsin bir sıra mühüm keyfiyyətlərə malik olması zəruri idi:

- Xalqın inandığı, sevdiyi, sadə insanlara yaxın olan şəxsiyyət olmaq. Çünki Azərbaycan xalqı üçün inandığı liderini qanunvericilikdə nəzərdə tutulan hallarda əvəzləyəcək şəxsin kim olması vacib idi.

- Təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olmaq.

- Beynəlxalq ictimaiyyətin tanıdığı, qəbul etdiyi şəxsiyyət olmaq.

Prezident İlham Əliyev Birinci vitse-prezident postuna Mehriban xanım Əliyevanı təyin etməklə xalqın istəyini həyata keçirdi. Bu, həm də Prezidentin xarici səfərlərdə olduğu müddətdə ölkənin əmin əllərdə olmasını təmin etmək kimi taleyüklü məsələ idi. Çünki, ölkə yalnız o zaman möhkəm olur və inkişaf edir ki, onun güclü lideri və uğurlu komandası olur. Bu gün modernləşən, demokratikləşən Azərbaycanın inkişafı üçün onun liderinin – Prezident İlham Əliyevin yanında kimlərin, daha dəqiq desək, necə insanların olması mühümdür. Belə demək mümkündürsə, komanda saat kimi işləyən bir mexanizmə sahib olmalı, tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirməli, həmçinin, iqtidar-cəmiyyət arasında təmasın maksimum şəkildə qurulmasına nail olmalıdır

Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Prezidentin yanında olan ən mühüm şəxsiyyətdir. O, yalnız komandanın üzvü deyil, eyni zamanda, öz çiyinlərinə bir çox məsuliyyətli işi götürən və bunu vaxtında, dəqiqliklə reallaşdıran insandır.

Siyasətdə qadın fenomeni

Qadınların siyasətə aktiv şəkildə qoşulduğu tarix son 50 ildən uzağa getmir. Mehriban Əliyeva fenomeninin ortaya çıxması da dünyanın yarım əsrlik tarixində baş verən proseslərin qanunauyğunluğu hesab oluna bilər. Xüsusilə İslamın kök saldığı Avrasiya qitəsi üçün bu müstəsna haldır. Bu gün Azərbaycanın yerləşdiyi Cənubi Qafqazdan başlayaraq, postsovet məkanı, ümumilikdə Avrasiyada daşıdığı statusun tələb etdiyindən də artıq fəaliyyət göstərən, bütün enerjisini insan faktorunun ən yaxşı həyata sahib olmasına sərf edən ikinci bir xanım tapmaq mümkündürmü?!

İnsan faktoru: Məsələ təkcə siyasətin obyekti olan insanlardan deyil, bu siyasəti yürüdən subyektin də mərhəmət hissinə malik, vicdanlı olmasıdır. Bu mənada Azərbaycan siyasətində həm obyekt, həm də subyekt olaraq insan faktoru ön plandadır və bu mənzərədə lider İlham Əliyevlə çiyin-çiyinə dayanan şəxsiyyətin Mehriban xanım Əliyeva olduğunu deyə bilərik.

... Və onun üçün əsas olan siyasət deyil, siyasəti insanlıq uğrunda vasitə etməkdir.

Prezident İlham Əliyevin bu təyinatda tərəddüd etməməsinin əsas səbəbi də məhz bu idi: İNAM

İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban xanım Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb. Lakin ən əsas məqam odur ki, o, bütün bunları bir gün hazırda daşıdığı vəzifəyə təyin olunmaq üçün etməyib. Sadəcə Azərbaycan xalqı üçün, dövlətçilik naminə və öz həyat yoldaşının çiyinlərindəki yükü bir az da olsa yüngülləşdirmək arzusu ilə edib: Bu, danılmaz faktdır ki, hansısa problemi olan, hətta bu problem olduqca xırda olsa belə, ilk üz tutduğu ünvanlardan biri də Heydər Əliyev Fondudur. Və o da məlumdur ki, Fonda daxil olan heç bir şikayət cavabsız qoyulmur, maksimum şəkildə kömək edilməyə çalışılır. Mehriban xanım Əliyevaya olan inam həm də buradan qaynaqlanır.

Biz onu tez-tez insanlar arasında görürük. Heç bir protokol tanımadan sadə insanlara yaxınlaşır, onlarla söhbət edir, dərdlərinə şərik olur, problemlərini dinləyir. Xalq onu sevir.

Və Mehriban xanım Əliyevanın Birinci vitse-prezident postuna təyin olunmasında “xalqın inandığı, sevdiyi, sadə insanlara yaxın olan şəxsiyyət olmaq” prinsipi burada tamamlanır. 

Təşkilatçılıq və idarəçilik bacarığı: 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında mühüm layihələrin həyata keçirilməsi kimi titanik işlər görüb.

Onun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması kimi layihələr minlərlə uşağa yeni həyat verib.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya Aktları minlərlə ailəyə sevinc bəxş edib; Heydər Əliyev Fondu tərəfindən ölkədə 500-ə yaxın yeni məktəb inşa olunub, uşaq bağçaları əsaslı təmir edilib; Mədəniyyət abidələrinin bərpası, qorunması və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımlar atılıb; Azərbaycan musiqi incilərinin qorunub saxlanılması və dünya musiqi inciləri sırasında yer alması, Azərbaycanı tanıdan incəsənət festivalları və sərgilərin keçirilməsi kimi işlər reallaşdırılıb; nəhəng sosial layihələr, ekoloji layihələr, idman sahsində görülən işlər ictimaiyyətin bütün təbəqələrinə məlumdur.

Ən əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsində ədalətin bərpa olunması, beynəlxalq hüququn təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, həmçinin, Xocalı soyqırımının dünyada təbliği və tanıdılması kimi dövlət əhəmiyyətli məsələlərdə Mehriban xanım Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə döyüşüb və mübarizə bu gün də davam etməkdədir.

Mehriban xanım Əliyevanın fəaliyyəti boyunca bir çox mühüm tədbirlərin xaricdə və daxildə təşkilatçılığını uğurla həyata keçirib. Təkcə iki mühüm tədbirin təşkilatçılığı onun bacarığını əyani şəkildə sübut edir.

“Eurovision-2012” mahnı müsabiqəsi: 2012-ci ildə Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən mahnı müsabiqəsi tarixə düşdü. Hətta müsabiqənin müəllifləri bundan sonra heç bir ölkənin bu cür möhtəşəm təşkilatçılığa nail ola bilməyəcəyini açıq şəkildə vurğulayırdılar.

I Avropa Oyunları: 2015-ci ildə Bakıda keçirilən Qitə səviyyəli oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva idi. Və Azərbaycan həm açılış, həm oyunların təşkili, yarışlar boyunca həyata keçirilən işlər, həm də bağlanış mərasimləri ilə tarix yazmağı bacardı.

Hər iki tədbir Azərbaycanın “yumşaq güc” siyasətinin əhəmiyyətli yol qət etməsində mühüm rol oynadı.

Dünyanın tanıdığı şəxsiyyət: Mehriban xanım Əliyevanın bəşəri fəaliyyəti onun beynəlxalq arenada tanınması və “mədəniyyətin qoruyucusu” statusuna yüksəlməsi ilə nəticələnib. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti bəşəri mədəniyyətin qorunması işinə görə “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım Əliyeva bəşəri fəaliyyətinə görə 10 ildən artıqdır ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. Onun təşəbbüsü ilə indiyə qədər dünyanın müxtəlif yerlərində onlarla mədəniyyət abidəsi bərpa edilib, yüzlərlə uşaq nicat tapıb. “Kədəri sevincə çevirən insan”, pakistanlı jurnalist Həmif Şahin onun haqqında məhz belə yazırdı.

UNESCO-nun baş direktorunun müavini Marsio Barbosa isə onun fəaliyyətini nümunə göstərir: “Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirləri üçün örnəkdir”.

Fransada, Almaniyada, İtaliyada, Vatikanda, Rusiyada, Pakistanda və dünyanın bir çox ölkəsində onun əl izlərini asanlıqla tapmaq mümkündür.

İnam, bacarıq və bəşəriyyətin tanıdığı xanım: Mehriban xanım Əliyevanın şəxsiyyətində və fəaliyyətində bu üç mühüm aspekt öz əksini tapır. Və məhz onun Azərbaycan üçün taleyüklü post olan Birinci vitse-prezident vəzifəsinə təyinatında da bu amillər rol oynayır. Prezidentin etimadı, xalqın inamı; yüksək bacarıq; bəşəriyyətin tanıdığı, sevdiyi, dəyər verdiyi xanım.

Asif Nərimanlı

Sosial şəbəkələrdə paylaş:
ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb (+FOTOLAR)03:33, 21 sentyabr 2019
Azərbaycan Milli Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir keçirilib (+FOTOLAR) 03:27, 21 sentyabr 2019
İstedadlı uşaqlar üçün “Yay Məktəbi” layihəsi çərçivəsində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə Məntiq yarışı keçirilib (+FOTOLAR) 03:19, 21 sentyabr 2019
“Bu ailədə baş verənlərdən xəbərdar olmuşam” 17:08, 20 sentyabr 2019
Xatirə ilə Zaurun Vasif davası - 30 min istədi, aləm qarışdı VIDEO=116:13, 20 sentyabr 2019
Gülağa Tənhanın şeirinə bəstələnmiş həzin mahnı... 16:04, 20 sentyabr 2019
“SİZ, DOĞRUDAN DA PREZİDENTİN QOHUMUSUNUZSA…” – Azərbaycanlıların Rusiyada diaspor davası (+FOTOLAR)15:58, 20 sentyabr 2019
Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib (+FOTOLAR) 15:42, 20 sentyabr 2019
"Koroğlu" operasında ANŞLAQ FOTO=315:13, 20 sentyabr 2019
Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR 14:41, 20 sentyabr 2019
Qısqandığı üçün sevdiyi qızı suda boğdu VIDEO=113:50, 20 sentyabr 2019
Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq 13:25, 20 sentyabr 2019
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb (+FOTOLAR) 01:04, 20 sentyabr 2019
Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur (+FOTOLAR) 00:57, 20 sentyabr 2019
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub (+FOTOLAR, +VIDEO) 22:35, 19 sentyabr 2019
Təlim zamanı ərazinin kəşfi aparılıb (+FOTOLAR, +VIDEO) 21:14, 19 sentyabr 2019
Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq 15:02, 19 sentyabr 2019
Sevinc Abbasovadan qalmaqallı açıqlama VIDEO=114:42, 19 sentyabr 2019
Gülağa Tənhanın Heydər Əliyev haqqında fikirləri 14:36, 19 sentyabr 2019
Azərbaycanda "BMW X5" aşdı - Xanım müğənni öldü 13:24, 19 sentyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə