Təqvim
"Qanunsuz tikililərə görə kompensasiya ödənilməsi düzgün deyil" - FƏZAİL AĞAMALI
10 avqust 2019 - 23:47

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı qanunsuz tikililərə görə dövlət tərəfindən kompensasiya verilməyəcəyi ilə məsələni şərh edib.

Deputat açıqlamasında deyib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kompensasiyanın verilməməsi ilə bağlı yanaşması tamamilə doğrudur.

Parlament üzvü hesab edir ki, qanunsuz tikililərə görə onların sahiblərinə kompensasiya ödənilməsi düzgün deyil. Lakin o, istisnaların da mövcud olduğunu deyib:

“Ola bilsin, bir sıra sahələr, yerlər var ki, orada bələdiyyələrin verdiyi sənədlər əsasında tikinti işləri aparılıb. Ancaq bunlar rəsmiləşdirilməyib. Ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq həmin tikililər sənədləşdirilməlidir.

Bununla yanaşı, infrastrukturun yaradılması, yolların genişləndirilməsi, dövlətin strateji planının tərkib hissəsi olan bu və ya digər tikililərin aparılması ilə bağlı söküntü işləri həyata keçirilərkən sənədləri olanlara kompensasiya veriləcək. Ancaq qanunsuz tikili aparanlara hər hansı şəkildə kompensasiya verilməli deyil”, – deyə F.Ağamalı əlavə edib.

Deputatın sözlərinə görə, hətta elə hallar var ki, orada heç bələdiyyənin arayışı və qərarı olmadan tikinti aparılıb:

“Belə tikililərə görə kompensiyanın verilməsi gözlənilən deyil. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yanaşması tamamilə qanunauyğundur”.

Parlamentin komitə üzvü “Bəs heç bir icazə almadan necə tikili tikmək olar?” sualına da aydınlıq gətirib.

“İcazəni verən rəsmi qurumlar var. Məsələn, bu, bələdiyyə torpağıdırsa, orada tikintinin aparılması perspektiv kimi nəzərdə tutulubsa, bələdiyyənin qərarı əsasında tikintinin aparılmasına icazə verilir. Lakin Azərbaycan qanunvericiliyinə görə, bu tikintinin aparılmasının ikinci mərhələsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən sərəncamla təsbit olunmalı idi.

Tikinti sənədləri, onun sxemi, layihəsi, müvafiq icra hakimiyyətləri tərəfindən təsdiq edilməli idi. Bunlar yoxdursa, həmin tikililər hansı formasından asılı olmayaraq qanunsuzdur”, – deyə F.Ağamalı bildirib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a açıqlamasında qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməyəcəyini söyləyib.

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, ELM-TƏHSİL, BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə