AZƏRBAYCAN NAXIŞLARI (+FOTOLAR)

Təqvim
AZƏRBAYCAN NAXIŞLARI (+FOTOLAR)
01 avqust 2019 - 23:57

Canveten.az xəbər verir ki,  Səadət Qaraxan qızı Yaqubova! Bu ad, hələ ki, Azərbaycan oxucularına heç nə demir. Amma mən inanıram ki, zaman gələcək, bu ad Azərbaycanda layiqincə tanınancaq. Biz, onunla Avstriyada yenidən görüşdük. O, meşələri, gölləri, bulaqları ilə seçilən bir qəsəbədə, məşhur Dunay çayının sahillərində yaşayır və təhsil alır. Səadət bu il qəsəbədəki orta məktəbin 4-cü sinfini əla qiymətlərlə bitirib, 5-ci sinifə keçib.

Alman dilində oxuyan balaca Səadət öz ana dilindən savayı (evdə - ailədə ancaq azərbaycanca danışırlar) türkcə, almanca, ingiliscə sərbəst danışır və lazım olan səviyyədə ünsiyyət qurur.

Oxuduğu məktəbdə əlaçıdır, bir sıra şagird müsabiqələrinin qalibi kimi, alman dili müəllimlərinin də sevimlisidir Səadət Qaraxanqızı.

Atası Qaraxan Əkbər oğlu Yaqubov iş adamı olmaqla yanaşı, həm də aşıqlarımızın oxuduğu gözəl qoşmaların müəllifidir. Əczaçılıq elmləri doktoru olan Qaraxan Əkbəroğlu həm də Avstriyada yaratdığı və Baş redaktoru olduğu “Dünya Şair və Yazıçılar İttifaqı” təşkilatının nəşr etdiyi jurnalın artıq 1-ci sayı yüksək nəfislə çapdan çıxıb. İnanıram ki, bu jurnal az bir vaxtda Avropada tanınacaq.

Qaraxan müəllimin əsli qədim Göyçə mahalındandı. Aşıq Ələsgərin həmyerlisidi və sinəsi də qoşmalarla, gəraylılarla doludur.

Səadətin anası Təranə xanım  Yaqubova “Dünya Şair və Yazıçılar İttifaqı”nın təşkilat katibi seçilmişdir və bu işilə dünyanın tanınmış şair və yazıçıları ilə yaxşı yadadıcılıq əlaqələri qurur.

Nənəsinin adı qoyulan Səadətin əl işlərində təzə-təzə tumurcuqlayan, pöhrələnən milli koloriti görüb təbrik etdim. Xahiş elədim ki, onlardan bir neçəsini versin, Bakıya dönəndə həmyaşıdlarına göstərim. Razı qaldı. Mən də ona bir şeir həsr elədim. Çünki onu körpəlikdən tanıyırdım.

Hörmətli oxuculara Səadətin maraqlı əl işlərini, həmin şeiri və orada çəkdirdiyimiz bir şəklimizi təqdim edirəm.

        

Nəriman HƏSƏNZADƏ,

                Xalq şairi.

 

 

   SƏADƏT

 

Gözəl gördüm Səadəti,

zarafatı, xasiyyərti,

danışıb-gülmək adəti,

ətirlidi çiçək kimi,

saçları da ipək kimi!

 

Mən görəndə uşaq idi,

onda da şux, qoçaq idi,

bir də bir oyuncaq idi, -

yanında ayıya oxşar,

başında bant, əlində şar.

 

İndi o başqa bir qızdı,

rəssam qızdı, şair qızdı!

Bir az da memarımızdı, -

qurub-yaratmaq niyyəti,

Səadətin-səadəti !

 

Avstriya

20 iyul 2019

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə