Təqvim
Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb
27 iyul 2019 - 01:36

Canveten.az xəbər verir ki, xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 26-da Quba rayonunda vətəndaşları qəbul edib. Qəbuldan sonra mətbuata açıqlama verən nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, regionlarda keçirilən bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: “Sevindirici hal ondan ibarətdir ki, vətəndaşlarımızın əsas müraciətləri yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətindədir. Məlum olduğu kimi, Quba-Qusar bölgəsi həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlarımızdandır. Ona görə də mədəniyyət müəssisələri qonaqlara təqdim etdikləri mədəni xidmətləri daha da inkişaf etdirirlər. Burada yerləşən abidələrin bərpası, tarixi irsimizin təbliğ olunması ilə əlaqədar maraqlı təkliflər səsləndirildi. Ölkəmizin digər yerlərində olduğu kimi, Quba rayonunda da bir sıra tarixi abidələr bərpa olunub. Bu proses bundan sonra da davam etdiriləcək. Bütün müraciətlər nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq”.

Nazir həmçinin ölkəmizin bədii təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verib. Qeyd edib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib.

Əbülfəs Qarayev kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.

 

 

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə